Millət vəkili Qüdrət Həsənquliyev AXCP-nin iqtidarla müxalifət partiyaları arasında təşkil olunan növbəti görüşlərə dəvət olunmasına etiraz edib. Moderator.az xəbər verir ki, BAXCP sədri Qüdrət Həsənquliyev bu etirazı AXCP-nin iqtidar-müxalifət dialoquna dəvət edilməsi ilə bağlı məsələyə mövqeyini açıqlayarkən səsləndirib. O deyib ki, bu partiya xarici ölkənin vassalı olduğundan belə bir müzakirələrdə iştirak etmək haqqı yoxdur:
“Axı xarici ölkənin aləti olaraq yaradılmış bir təşkilatla nəyi müzakirə etmək olar? Əgər bu milli bir təşkilat deyilsə, kənardan yardılmış bir qurumdursa onunla hansı müzakirəni aparmaq olar? Artıq bu partiyanın xarici ölkələrdən asılı olduğu təsdiqini tapıb. Bu, keçən ilki seçkilərdə bir daha sübutu olundu. Amma çoxluq belə fikirdə oldu ki, dəvət olunsun. Yəqin növbəti toplantıya dəvət olunacaq. Amma bilmirən qatılacaq, ya yox.”x9d