Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə alman vətəndaşı Vüsal Şilderi qətlə yetirən şəxslərdən birinə oxunan hökmlə razılaşmayan prokuror Apellyasiya Məhkəməsinə protest verib.xa0
Belə ki, prokuror qətldə iştirak edən şəxslərdən biri Seymur Talıbova istədiyi 15 il cəzasının 2 ilə endirilməsi ilə razılaşmayıb.xa0
Qeyd edək ki, prokuror Vüsal Şilderin qətlində iştirak edən şəxslərin hər birinə ayrılıqda 15 il istəsə də, hakim Elman İsgəndərova 15 il, lakin Seymur Talıbova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi.xa0
Xatırladaq ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu 2013-cü ilin mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində yaşadığı evin yaxınlığında bıçaqlanmış, xəstəxanaya aparılarkən dünyasını dəyişmişdi.xa0