Musavat Partiyası Məmməd Əminin ruhunu təhqir edir

“Müsavat Partiyasında baş verənlər tarixin ironiyasıdır. Bu vaxta qədər hakimiyyəti seçkilərin nəticələrini saxtalaşdırmaqda günahlandıran müxalifət indi öz silahdaşları tərəfindən eyni ittihamlara məruz qalıb. Üstəlik, ittihamı irəli sürən qüvvələr Müsavat Partiyasının intellektual qaymaqlarıdır”.

Bu sözləri hüquqşunas alim Rafael Qasımov Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı bildirib. Hüquqşunasa görə, Azərbaycan tarixində misilsiz xidmətləri olan Məmməd Əmin Rəsulzadənin əsasını qoyduğu bir partiyanın bu cür şübhəli seçki keçirməsi qəbul ediləcək məsələ deyil: “Biz bu zamana qədər Şərq aləminin ilk respublikasını quran dövlət olmağımızla fəxr etmişik. Hər zaman qürur hissiylə qeyd etdiyimiz bu tarixi hadisədə Müsavat Partiyasının adı çəkilib. Partiya yaradıcılarının  ortaya qoyduğu ideya və prinsiplər bu gün belə Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir. İndi kiminsə bu müqəddəs adı öz üzərinə götürüb, siyasi divident əldə etməyə çalışması azmış kimi, həm də bu adı seçki saxtakarlığı ittihamına bulaşdırması tariximizə, milli-dövlətçilik ənənələrinin banilərinin müqəddəs ruhuna həqarətdir”.

Rafael Qasımov Azərbaycan siyasi həyatında aktivliyi ilə fərqlənən Qubad İbadoğlunun öz təmsil olunduğu partiyada belə hüququnun pozulmasının düşündücü olduğunu deyir və bunu müxalifətin gənclik siyasətinin düzgün qurulmamasıyla əlaqələndirir: “Bu gün Azərbaycan iqtidarını haqsızlıqda, kreslodan dördəlli yapışmaqda günahlandıran müxalifət öz daxilinə nəzər salsa yaxşıdır. Hesab edirəm ki, iqtidar partiyası ona bu qədər xidmət edən bir gənci layiq olduğu vəzifədən uzaqlaşdırmaz, əksinə, daha yüksək vəzifələrə çəkərdi. Təsadüfi deyil ki, Müsavatın bəyənmədiyi YAP nə qədər gəncin xaricdə oxumasına şərait yaradır. Partiyanın gənclərlə bağlı siyasətinin nəticəsində cavan kadrlar yüksək postlara gətirilirlər. Bu gün onların sırasından müxtəlif nazirliklərin ən yüksək postlarına gətirilmiş cavanlarımız var. Yürüdülən bu gənclik siyasəti nəticəsində ölkə ətalətdən xilas olur, cəmiyyətmiz getdikcə inkişaf edir. Nə yazıq ki, Azərbaycan müxalifəti isə öz gəncinə müxalifətçiliyi belə çox görür. Və bu keyfiyyəti ilə o, insanları öz cənginə çəkən bataqlığa bənzəyir, bizim bir millət kimi inkişafımızın qarşısını alır. Artıq heç kimə sirr deyil ki, gənclik xülyalarıyla müxalifətə qoşulan bir çox vətənpərvər gənc öz liderçiklərinin romantik kreslo sevdasının girovuna çevrilib. 20 ildən artıqdır, insanları öz arxasınca boş ideallar arxasınca sürükləyən belə partiyalardan biri də Müsavatdır. Hər zaman “başqan”ın cığal davranışlarıyla müxalifətin ayağına ağır daş kimi bağlanan partiya hətta öz ən fəal gəncinin partiya daxilində yüksəlişinə imkan vermir. Belə bir təşkilatdan ümummilli mənafe naminə atılmış hansısa müsbət addım gözləməyə dəyərmi?” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa” Rumıniyadan futbolçu transfer edir

“Şəfa” Rumıniyadan futbolçu transfer edir

"Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"

"Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"

Oman Şura Məclisinin sədri Bakıda səfərdədir - FOTO

Oman Şura Məclisinin sədri Bakıda səfərdədir - FOTO

Şahbaz Şərif ABŞ-İran arasındakı razılaşmada bir detala TOXUNDU

Şahbaz Şərif ABŞ-İran arasındakı razılaşmada bir detala TOXUNDU

Xanımı mərhum aktyorun arxiv görüntülərini paylaşdı - FOTO

Xanımı mərhum aktyorun arxiv görüntülərini paylaşdı - FOTO

“Latsio”nun yeni baş məşqçisi bəlli oldu

“Latsio”nun yeni baş məşqçisi bəlli oldu

Bakı bulvarında məşhur ATTRAKSİON təmir ediləcək

Bakı bulvarında məşhur ATTRAKSİON təmir ediləcək

Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı - FOTO

Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı - FOTO

Tehranda çörəyin qiyməti 100% BAHALAŞDI - FOTO

Tehranda çörəyin qiyməti 100% BAHALAŞDI - FOTO

“Turan Tovuz”dan ayrılıb, “Zirə”yə keçdi

“Turan Tovuz”dan ayrılıb, “Zirə”yə keçdi

Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR

Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR

İmtahanda proqramdan kənar sual olsaydı... - DİM sədri

İmtahanda proqramdan kənar sual olsaydı... - DİM sədri

Məhkəmədə erməni separatçılar danışdı: Cəzalarının yüngülləşdirilməsini istəyirlər - FOTO

Məhkəmədə erməni separatçılar danışdı: Cəzalarının yüngülləşdirilməsini istəyirlər - FOTO

Qadın sübh tezdən həyətdə ölü tapıldı - Şəmkirdə

Qadın sübh tezdən həyətdə ölü tapıldı - Şəmkirdə

Sabah saat 09:00-dan bu ərazilərdə qaz olmayacaq

Sabah saat 09:00-dan bu ərazilərdə qaz olmayacaq

Tehranda Əli Xameneiyə görə üç günlük tətil elan ediləcək

Tehranda Əli Xameneiyə görə üç günlük tətil elan ediləcək

Övladını təhlükəli vəziyyətdə motosikletlə aparan ata saxlanıldı - VİDEO

Övladını təhlükəli vəziyyətdə motosikletlə aparan ata saxlanıldı - VİDEO

Numan Kurtulmuş Azərbaycanda səfərdədir - FOTO

Numan Kurtulmuş Azərbaycanda səfərdədir - FOTO

Hakan Fidan səfirimizlə görüşdü

Hakan Fidan səfirimizlə görüşdü

Regionlarda uşaq reabilitasiya mərkəzləri çatışmır? – RƏSMİ AÇIQLAMA

Regionlarda uşaq reabilitasiya mərkəzləri çatışmır? – RƏSMİ AÇIQLAMA

Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA

Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA

Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram" - VİDEO

Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram" - VİDEO

Avaxılda evləri aylıq 12 min manata kirayə verirlər

Avaxılda evləri aylıq 12 min manata kirayə verirlər

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

End of content

No more pages to load

RADİO