Ermənilər Qarabağdan könüllü imtina edə bilərmi?

Son vaxtlar Azərbaycandakı bəzi siyasilər Ermənistanın üzləşdiyi ağır iqtisadi durumu əsas gətirərək işğalçı dövlətin beynəlxalq layihələrdən kənarda qaldığını, bu səbəbdən də zəbt etdiyi torpaqları gec-tez azad etmək məcburiyyətində qalacağı ilə bağlı fikirlər səsləndirməkdədir. Lakin Qarabağın gələcəyi ilə bağlı irəli sürülən bu proqnoz cəmiyyətdə heç də birmənalı qarşılanmış deyil. Bəzi siyasilər hesab edir ki, daha çox hakimiyyət düşərgəsindəki şəxslərin səsləndirdiyi bu fikir cəmiyyəti arxayınlaşdırmaq, rəsmi Bakının uğursuz siyasətinə bəraət qazandırmaq məqsədi daşıyır.

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən QAT sədri Akif Nağı bu cür fikirlərin reallıqdan uzaq olduğunu vurğuladı:

 “Təhqir kimi çıxmasın, mən bunu axmaq, əsassız bir fikir  kimi qiymətləndirirəm. Kimlərsə ümid edirsə ki, ermənilər Qarabağı könüllü surətdə qaytaracaq, yanılır. Bu cür fikirləri səsləndirənlər beynəlxalq mərkəzlərlə əlaqələri olan şəxslərdir. Bu cür fikirlər cəmiyyətdə arxayınçılıq yaratmaq, müharibə istəklərini azaltmaq məqsədi güdür. Bunun ikinci bir izahı yoxdur. Özünə hörmət edən, məsələlərə düzgün yanaşan, prosesləri düzgün təhlil edən şəxs heç vaxt bu qənaətə gələ bilməz”.

A.Nağının sözlərinə görə, iqtisadi çətinliklər dünyadakı əksər ölkələr üçün xarakterik olsa da, hələ heç bir ölkə bu səbəbdən hər hansı bir ölkəyə ərazi güzəşti etməyib:

 “Azərbaycanın özündə də müəyyən iqtisadi çətinliklər var. Rusiyada və dünyanın digər ölkələrində də müəyyən iqtisadi çətinliklər mövcuddur. Bugünə qədər hansı ölkə iqtisadi çətinliklərinə görə öz torpağından , yaxud işğal etdiyi torpaqlardan imtina edib? Ermənilər işğaldakı torpaqlardan xüsusilə imtina eləməzlər. Azərbaycan tərəfi ermənilərin də yararlana biləcəyi qaz və digər beynəlxalq miqyaslı layihələrlə bağlı təkliflər səsləndirib. Əgər iqtisadi amillər bu məsələdə rol oynasa idi, ermənilər çoxdan bu torpaqlardan imtina etməli idi. Hesab edirəm ki, ermənilər nə qədər çətin vəziyyətdə olsa da, bu torpaqlardan imtina etməyəcək”.

QAT sədrinin bildirdiyinə görə, Ermənistan iqtisadi çətinliklərlə üzləşsə də, müəyyən iqtisadi uğurlara da malikdir:

“Ermənilərin ağır iqtisadi vəziyyəti ilə mifik təsəvvürlərin yaradılmasının özünü doğru hesab eləmirəm. Ermənistanın iqisadi çətinlikəri var. Amma buna baxmayaraq öz iqtisadiyyatını müəyyən qədər inkişaf etdirir. Ermənistana müəyyən investisiyalar gəlir. Rusiyanın, Avropadakı erməni lovbbisinin əli ermənilərin üstündədir. Ermənilər bu gün-sabah, yaxud yaxın gələcəkdə Qarabağdan çıxacağı ilə bağlı fikirlər həqiqətdən uzaqdır. Ermənistan iqtisadi baxımdan çöksə belə, işğaldakı torpaqlardan imtina etməyəcək”.

A.Nağının bildirdiyinə görə, Qarabağın azadlığının yeganə yolu müharibədən keçir:

 “Ermənilərin işğaldakı torpaqlardan çıxarılmasının yalnız bir yolu var ki, bu da hərb yoludur”.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa” Rumıniyadan futbolçu transfer edir

“Şəfa” Rumıniyadan futbolçu transfer edir

"Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"

"Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"

Oman Şura Məclisinin sədri Bakıda səfərdədir - FOTO

Oman Şura Məclisinin sədri Bakıda səfərdədir - FOTO

Şahbaz Şərif ABŞ-İran arasındakı razılaşmada bir detala TOXUNDU

Şahbaz Şərif ABŞ-İran arasındakı razılaşmada bir detala TOXUNDU

Xanımı mərhum aktyorun arxiv görüntülərini paylaşdı - FOTO

Xanımı mərhum aktyorun arxiv görüntülərini paylaşdı - FOTO

“Latsio”nun yeni baş məşqçisi bəlli oldu

“Latsio”nun yeni baş məşqçisi bəlli oldu

Bakı bulvarında məşhur ATTRAKSİON təmir ediləcək

Bakı bulvarında məşhur ATTRAKSİON təmir ediləcək

Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı - FOTO

Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı - FOTO

Tehranda çörəyin qiyməti 100% BAHALAŞDI - FOTO

Tehranda çörəyin qiyməti 100% BAHALAŞDI - FOTO

“Turan Tovuz”dan ayrılıb, “Zirə”yə keçdi

“Turan Tovuz”dan ayrılıb, “Zirə”yə keçdi

Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR

Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR

İmtahanda proqramdan kənar sual olsaydı... - DİM sədri

İmtahanda proqramdan kənar sual olsaydı... - DİM sədri

Məhkəmədə erməni separatçılar danışdı: Cəzalarının yüngülləşdirilməsini istəyirlər - FOTO

Məhkəmədə erməni separatçılar danışdı: Cəzalarının yüngülləşdirilməsini istəyirlər - FOTO

Qadın sübh tezdən həyətdə ölü tapıldı - Şəmkirdə

Qadın sübh tezdən həyətdə ölü tapıldı - Şəmkirdə

Sabah saat 09:00-dan bu ərazilərdə qaz olmayacaq

Sabah saat 09:00-dan bu ərazilərdə qaz olmayacaq

Tehranda Əli Xameneiyə görə üç günlük tətil elan ediləcək

Tehranda Əli Xameneiyə görə üç günlük tətil elan ediləcək

Övladını təhlükəli vəziyyətdə motosikletlə aparan ata saxlanıldı - VİDEO

Övladını təhlükəli vəziyyətdə motosikletlə aparan ata saxlanıldı - VİDEO

Numan Kurtulmuş Azərbaycanda səfərdədir - FOTO

Numan Kurtulmuş Azərbaycanda səfərdədir - FOTO

Hakan Fidan səfirimizlə görüşdü

Hakan Fidan səfirimizlə görüşdü

Regionlarda uşaq reabilitasiya mərkəzləri çatışmır? – RƏSMİ AÇIQLAMA

Regionlarda uşaq reabilitasiya mərkəzləri çatışmır? – RƏSMİ AÇIQLAMA

Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA

Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA

Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram" - VİDEO

Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram" - VİDEO

Avaxılda evləri aylıq 12 min manata kirayə verirlər

Avaxılda evləri aylıq 12 min manata kirayə verirlər

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

End of content

No more pages to load

RADİO