“Rusiyanın başqa məqsədi yoxdur...”

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Moderator.az-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentləri arasında Rusiyanın vasitəçiliyi ilə keçirilən və keçirilməsi nəzərədə tutulan görüşlərin mümkün perspektivlərini şərh edib. Politoloqun qənaətincə, bu görüşlər Qarabağ probleminin həllinə zərrə qədər də olsun töhfə verməyəcək. Politoloqun sözlərinə görə, Rusiyanın münaqişə tərəflərini danışıqlar prosesinə cəlb etməsində məqsəd tamamilə başqadır:

 “Rusiyanın Soçi görüşü və yeni təşəbbüslərində məqsəd heç də Dağlıq Qarabağ probleminin həllinə nail olmaq deyil. Rusiyanın başlıca məqsədi Ermənistanın əli ilə Azərbaycanı təhdid etməklə onu Gömrük İttifaqı və Avrasiya İttifaqına cəlb etməkdən ibarətdir”.

Ə.Oruclunun fikrincə, Rusiya bununla həm də həmsdər ölkələr kimi ABŞ və Fransanı da proseslərdən müəyyən qədər kənarda qoymağa, bu məsələdə əsas söz sahibi qismində çıxış etməyə çalışır:

“Rusiyanın məqsədlərindən biri də Dağlıq Qarabağ probleminin həlli istiqamətində digər həmsədr dövlətlərin irəli sürdüyü təşəbbüsləri arxa plana keçirməkdir. Prezidentlərin Paris görüşü də planlaşdırılır və bu təşəbbüs ABŞ prezidenti Barak Obama ilə Fransa prezidenti Ollanddan gəlib. Rusiya bu məsələdə təşəbbüsü ələ keçirmək və bununla da tərəflərə Qarabağ münaqişəsinin həllində özünün söz sahibi olduğunu göstərməyə çalışır. Rusiya göstərmək istəyir ki, bu məsələdə məhz onun dediyi keçəcək. Rusiya digər həmsədr dövlətlərin təşəbbüsünü özünün psevdo təşəbbüsü ilə pozmağa çalışır”.

Politoloqun bildirdiyinə görə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Qərbin bugünkü mövqeyi daha aydın və başadüşüləndir:

 “Dağlıq Qarabağ probleminin həlli üzrə Qərb həmsədrlərinin konkret təklifi var. Onlar 7 rayonun qeyd-şərtsiz Azərbaycana qaytarılmasını təklif və edir və yalnız bundan sonra danışıqlar prosesinin davam etdirilməsini dəstəkləyirlər. Rusiya Soçi görüşündə bir kəlmə də olsun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışmadı, heç bir mövqe ortaya qoymadı və bu gün də qoymuş deyil”.

Ekspertin qənaətincə, Rusiya Azərbaycanın hətta Avrasiya İttifaqı və Gömrük İittifaqına üzv olmasından sonra belə Qarabağı geri qaytarmaq niyyətində deyil:

“Rusiya hətta ekspertlər səviyyəsində, yəni qeyri-rəsmi şəkildə belə Azərbaycanın Gömrük İttifaqı və Avrasiya İttifaqına üzv olacağı təqdirdə Qarabağın qaytarılacağına yardım edəcəyini bildirməyib. Belədirsə, o zaman Rusiyanın məqsədi nədən ibarətdir? Rusiyanın məqsədi Azərbaycanı Qarabağ münaqişəsi və ya ola bilsin ki, başqa şeylərlə təhdid edərək onu bu təşkilatlara üzv etməkdən ibarətdir. Rusiyanın başqa bir məqsədi yoxdur”.

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

Ronaldo altı fərqli mundialda qol vuran İLK FUTBOLÇU OLDU

Ronaldo altı fərqli mundialda qol vuran İLK FUTBOLÇU OLDU

DİM sədrindən bu ilin keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

DİM sədrindən bu ilin keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Prezidentlərin iki günlük görüşündən VİDEOÇARX

Prezidentlərin iki günlük görüşündən VİDEOÇARX

Sürücülərin NƏZƏRİNƏ: Mərkəzi küçənin bir hissəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Mərkəzi küçənin bir hissəsi BAĞLANIR

Pezeşkian: “İran islam ölkələrinə dostluq əlini uzadır”

Pezeşkian: “İran islam ölkələrinə dostluq əlini uzadır”

DÇ-2026: Kriştianu Ronaldu Özbəkistanla matçda hesabı açdı

DÇ-2026: Kriştianu Ronaldu Özbəkistanla matçda hesabı açdı

Məleykə Abbaszadə: Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür

Məleykə Abbaszadə: Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür

Paytaxtın bu ərazilərində qaz kəsiləcək

Paytaxtın bu ərazilərində qaz kəsiləcək

İsmayıllıda bədbəxt hadisə: Kişi traktorun altında qalaraq can verdi

İsmayıllıda bədbəxt hadisə: Kişi traktorun altında qalaraq can verdi

“Şəfa” Rumıniyadan futbolçu transfer edir

“Şəfa” Rumıniyadan futbolçu transfer edir

"Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"

"Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"

Oman Şura Məclisinin sədri Bakıda səfərdədir - FOTO

Oman Şura Məclisinin sədri Bakıda səfərdədir - FOTO

End of content

No more pages to load

RADİO