Azərbaycan Silahlı Qüvvələrinin ehtiyyatda olan mayoru, vaxtilə xüsusi təyinatlı dəstədə xidmət etmiş Ramin Əliyev dünən ölən erməni diversantıyla bağlı şok hesab ediləcək iddia ilə çıxış edib. Onun Moderator.az-a göndərdiyi yazını oxuclara təqdim edirik:
“Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi. Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir. Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.”
Dəyərli
dostlar, yuxarıda qeyd olunanlar dünən mətbuatda və internet portallarında,
sosial şəbəkələrdə bir nömrəli xəbərə çevrildi. Hərbçilərimiz tərəfindən ələ
keçirilmiş erməni diversantı Karen Petrosyanın Korpus Komandirinin qəbul
otağında davranışları, sifətindəki yazıq və həm də hiyləgərlik maskası səbəbi
bizə dəqiq məlum olmayan bir çox qaranlıq məqamlardan xəbər verir ki, bunlar da
aşağıda sadalayacağım faktorlar üzrə qiymətləndirildikdə mütəxəssislər onun əsl
ölüm səbəbini ortaya qoya biləcəklər.
Belə ki: - Düşmən
kəşfiyyatçısının özünün də etiraf etdiyi kimi xüsusi hazırlıq kursu və ya
kursları keçmişdir ki, onun hərtərəfli hazırlığında yüksək səviyyədə peşəkarlığa
nail olunmuşdur. (Çünki düşmən xüsusi xidmət orqanları hazırlıqsız bir hərbi
qulluqçunu və ya əməkdaşı xüsusi kəşfiyyata göndərə bilməz)
- Yayılmış videosüjeti izlədikdə diversantın özünün də
qeyd etdiyi kimi onun kəşfiyyatçı- istehkamçı olması və bu peşə üzrə də xüsusi
hazırlıq keçməsi bizə məlum olur. Burdan əlavə olaraq adi hərb anlayışı olan şəxslər
də çox yaxşı bilirlər ki, bir istehkamçının hazırlığı uzun müddət tələb edir.
Bu hazırlıq dövründə istehkamçı təxribat və ya digər xüsusi əhəmiyyətli kəşfiyyat
tədbirləri keçirilən zaman əsas tapşırıqların yerinə yetirilmə üsul və qaydalarını
mükəmməl öyrənir ki, döyüşdə bu tapşırıqlar onların üzərinə düşür (partlatma,
sıradan çıxartma, məhv etmə, mina və partladıcıların hazırlanması,
quraşdırılması, eyni zamanda özünün və digər diversant yoldaşlarının həyat fəaliyyətlərinin
qorunub saxlanmasında mühüm rol oynayırlar. (Qeyd: Tovuz rayonuna qonaq gəlmiş
qız uşağı çayda tapdığı gəlinciyi oynadarkən gəlincik partlamış və həmin qızcığaz
həlak olmuşdu. Həmin gəlincik məhz erməni xüsusi xidmət orqanlarının istehkamçı
diversantları tərəfindən hazırlanaraq çaya buraxılmısdı. Dünyada bu cür kustar
üsulla hazırlanan minalar sürpriz minalar kimi qəbul edilir)
- Hələ Sovetlər dönəmindən xüsusi kəşfiyyatda bir
deyim vardı, hansı ki, Ermənistan xüsusi təyinatlı dəstələrində həmin ifadəni
özlərinə əsas şüar seçmişdilər, bu da internetdə yayımlanmış bir çox reklam
çarxlarında aşkar görünüb eşidilməkdədir: “Erməni kəşfiyyatçısını döyüş
tapşırığının icrasından yalnız ölüm azad edə bilər!”
- Müasir dövrdə istənilən dövlətin xüsusi xidmət
orqanlarında və ya xüsusi təyinatlı dəstələrdə kəşfiyyatçıları insana
anatomiyası çox mükəmməl bir şəkildə tədris edilir ki, bu da kəşfiyyatçıların həyatda
qala bilməsinə, döyüş meydanında yaralanma olduğu halda özünə və yoldaşına ilk
tibbi yardımın göstərilməsinə, ixtisaslı həkim müdaxiləsi qeyri-mümkün olduqda
hətta güllə və ya qəlpələrin müxtəlif üsullarla bədəndən çıxarılmasına,
yaraların tikilməsinə, qanaxmaların qarşısının alınmasına, sınıqlar, yanıqlar,
zədələnmələr və şok halları zamanı tibbi müdaxiləyə, eyni zamanda döyüş
meydanında və xüsusi əməliyyat rayonunda əsir düşərək ələ keçirildiyində müxtəlif
üsullarla özünə qəsd etməyə xidmət edir!
- Özünə qəsd və ya intihar kəşfiyyatçı diversantlarda
xüsusi dərmanlar vasitəsi ilə, ürək və ağ ciyərlərin fəaliyyətinin xüsusi iradi
bacarıqla dayandıraraq həyata keçirmək mümkündür, nəzərə alsaq ki, diversant
bunu mükəmməl bacarıb!
- Yayılmış video süjeti diqqətlə izlədikdə diversant
Karen Petrosyan Korpus Komandirinin qəbul otağında özünü xüsusi məharətlə
huşsuzluğa yönləndirməyə çalışır ki, verilən suallardan yayınsın və ya bizə məlum
olmayan səbəblərdən vaxt qazansın. Lakin Korpus Komandirinin qabaqdan görmə
bacarığı və böyük təcrübə sahibi olması buna imkan vermir, dərhal diversanta su
içizdirir ki, huşu itməsin! Düşünürəm ki, diversant ona ayrılmış xüsusi otaqda
özünü yorğun və daha sonra yatmış kimi göstərmiş, məhz həmin dövrdə də özünün
mükəmməl bildiyi üsuldan istifadə edərək intihar etmişdir!
Və beləliklə, dəyərli dostlar, unutmayaq ki,
qarşımızda çox hiyləgər və eyni zamanda qorxaq düşmən durur! Diversantın
ölümündə isə demək olar ki, kimsə günahkar deyil, bu onun özünün hazırlıq səviyyəsindən
xəbər verir! Deməli, Müdafiə Nazirliyinin məlumatı tam doğru və əsaslıdır ki, ələ
keçirilən erməni vətəndaşı xüsusi hazırlanmış və diversiya məqsədi ilə ərazilərimizə
göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının kəşfiyyatçı diversantıdır!
Tovuz və digər sərhədyanı rayonlarda yaşayan vətendaşlarımız təkcə erməni
diversantlarına qarşı deyil, həm də onların müxtəlif diversiya və təxribatlarına
qarşı ayıq və sayıq olmalı, hər zaman özləri və hətta azyaşlı uşaqları daxil
belə hallarla rast gələcəklərinə hazır olmalıdırlar! Rast gəlinən şübhəli hər
bir şəxs və əsya haqqında dərhal yerli icra nümayəndəliklərinə və yaxında olan
hərbçi qardaşlarımıza məlumat verin! Bu kimi halları telefonlara çəkib sosial şəbəkələrdə
yaymaq olmaz! Sonda bir daha hər bir Azərbaycan vətəndaşından xahiş edirəm ki,
Silahlı Qüvvələrimizə dəstək olaq, qaydalara əməl edərək ordumuza sahib çıxaq!
Hörmətlə, ehtiyyatda olan mayor Ramin Əliyev