Moderator.az keçmiş baş prokuror İxtiyar Şirinin son şəhidlərimizlə bağlı verdiyi başsağlığını təqdim edir:
"İşğalçı düşmən ordusu ilə döyüşdə həlak olan qəhrəmən əskərlərimizin valideyinlərinə, bütün yaxınlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin.
Biz bir daha bilməliyik ki, Ermənistanın havadarları Azərbaycan torpaqlarını sülh yolu ilə bizə qaytarmağı yox, bu torpaqları Ermənistana verməyi planlaşdırıb. Əgər biz döyüşməsək, vətən uğrunda canımızı fəda etməsək torpaqlarımızı işğalçıların əlindən ala bilməyəcəyik.
Hesab edirəm ki, Silahlı Qüvvələrimizin döyüş hazırlığı gücləndirilməlidir. Səfər Əbiyevdən qalma nizam-intizamsız ordumuz yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməlidir. Yeni müdafiə nazirinin bu istiqamətdə gördüyü işlər hamı tərəfindən müdafiə edilməlidir. İndi birləşməyə və yardımlaşmağa ehtiyacımız var. Bu vətən hamımızındır. İncikliklərimizi bir kənara qoyub, birlikdə vətənimizi müdafiə etməli, torpaqlarımızı işğaldan azad etməliyik.
Hamını düşmənlə mübarizəyə səsləyirəm."