Azərbaycanla sərhəddə tutulan 3 ton heroin hökumətin iclasında müzakirə edildi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün hökumətin iclasında Azərbaycanla sərhəddə tutulan 3 ton təmiz heroinə görə Daxili İşlər Nazirliyini təbrik edib.

Virtualaz.org saytı xarici mətbuata istinadən xəbər verir ki, gürcü baş nazir bu əməliyyata görə ölkəsinin Daxili İşlər Nazirliyini alqışlayıb.

“Çikaidzenin (daxili işlər nazirini nəzərdə tutur-red.) nazirliyi böyük həcmdə narkotik ələ keçirib. Bu cür böyük miqdarda heroini indiyədək nəinki bizim ölkədə, heç qonşu ölkələrdə ələ keçirməmişdilər. Mən bu uğur münasibətilə sizi təbrik edirəm. Bu, bizim ölkənin narkotiklərə qarşı ciddi mübarizə aparmaq iradəsini bir daha əks etdirir” - deyə Qaribaşvili bildirib.

Xəbər verildiyi kimi, iyulun 11-də Gürcüstan DİN Azərbaycandan keçib Türkiyəyə gedən yük maşınına baxış zamanı 2 ton 790 kiloqram təmiz heroin aşkar edib. Heroin saflaşdırılıb və maye halda olub. 

O, 93 ədəd 30 litrlik maye sabun çəlləklərində qablaşdırılıb. Ekspertiza müəyyən edib ki, ələ keçirilmiş narkotik maddə 80 faiz saflaşdırılmış təmiz heroindən ibarətdir və bazar dəyəri yüz milyonlarla dollardır. İşlə bağlı iki Gürcüstan vətəndaşı saxlanılıb.

Azərbaycan tərəfi isə 3 ton təmiz heroinin ölkə ərazisindən keçib Gürcüstana necə daxil olduğuna şərh vermir. 

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin rəhbəri Elşən Nağıyev “Turan”a bildirib ki, onlarda belə informasiya yoxdur: “Gürcüstan hüquq-mühafizə orqanları bu barədə bizə müraciət etməyib”.

MTN-in ictimaiyyətlə əlaqələr şöbəsindən isə deyiblər ki, bu məsələ barədə Gömrük Xidmətinə, Sərhəd Xidmətinə müraciət etmək lazımdır.

Öz növbəsində Gömrük Xidməti, DİN və Baş Prokurorluq da qalmaqalı şərh etməyib.

“Turan” bildirir ki, narkotik maddə Azərbaycanın məşhur boya şirkəti FAB-ın istehsalı olan boya adı altında qablaşdırılıb. Həmçinin narkotiki daşıyan yük maşınının üstündə FAB boyasının təsviri ilə böyük reklam yer alıb.

Ekspertlər bildirirlər ki, narkotik maddənin maye halda nəqli ilk dəfə bir neçə il əvvəl əfqan heroin istehsalçıları tərəfindən kəşf edilib. Maye halına salınan heroinə əfqanlar “Allahın göz yaşları” adını veriblər. Maye heroin narkotik maddənin müxtəlif ərzaq və texniki mallar adı altında nəqlini asanlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Məktəb direktoru VƏFAT ETDİ

Məktəb direktoru VƏFAT ETDİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Millimizdən böyükhesablı QƏLƏBƏ

Millimizdən böyükhesablı QƏLƏBƏ

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

End of content

No more pages to load

RADİO