"Azərbaycan AŞPA-dan çıxa bilər, əgər..."

“AŞPA-da mənim müəllifliyimlə Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə dair qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsində AŞPA Azərbaycan ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə qarşı Ukrayna ilə bağlı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların eynisinin tətbiqinə - Ermənistanın səsvermə hüquqlarının dayandırılması və bu ölkə təmsilçilərinin rəhbər orqanlardan çıxarılmasına çağırılır”.
 
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.
 
E. Süleymanov bildirib ki, qətnamə layihəsi imzalanan zaman bəzi AŞPA üzvləri Ukraynaya verdikləri dəstək səviyyəsində Azərbaycana dəstək verməyib və müxtəlif bəhanələrlə imza atmaqdan boyun qaçırıblar: “Buna baxmayaraq, Ermənistan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq edilməsinə dair qətnamə layihəsi 14 dövləti təmsil edən 58 AŞPA üzvü tərəfindən imzalandı. Onu da qeyd etməliyəm ki, Avropanın müxtəlif dövlətlərini təmsil edən 58 deputatın qətnamə layihəsini imzalaması AŞPA-da obyektivliyi ilə seçilən kifayət qədər üzvlərin olmasını bir daha təsdiq etmiş oldu. Layihə prosedur qaydalarına əsasən gündəliyə daxil edilməsi üçün sessiyadan 14 gün əvvəl AŞPA-nın katibliyinə göndərilib, daha sonra isə Sədarət Komitəsində və Büroda müzakirə edilmək üçün gündəliyə daxil edilib və Avropa Şurasının saytında yerləşdirilib. Bu sənəd 22 il ərzində beynəlxalq bir təşkilatda - AŞPA səviyyəsində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən ilk qətnamə layihəsidir”.
 
E. Süleymanov qeyd edib ki, prosedur qaydalarına əsasən qətnamə layihəsi sessiyadan əvvəl 22 iyunda Sədarət Komitəsinin və 23 iyunda isə Büronun iclasında müzakirəyə çıxarılmalıdır: “Burada əsasən iki gözlənti ola bilər. Birinci və normal gözlənti ondan ibarətdir ki, qətnamə layihəsi Sədarət Komitəsinin rəyindən sonra Büro iclasında müzakirə edilir və məlumat üçün və ya məruzəçi təyin edilməsi üçün Siyasi Komitəyə və ya Monitorinq Komitəsinə göndərilir. Əlbəttə ki, qətnamə layihəsinin komitəyə məlumat üçün göndərilməsi Azərbaycana qarşı ayrı-seçkiliyin növbəti bariz nümunəsi ola bilər. İkinci gözlənti isə ondan ibarətdir ki, AŞPA prezidenti məsələyə veto qoya bilər və bununla da Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi istiqamətində prosesləri dayandırmış olar. Qətnamə layihəsini imzalayan deputatların sayının çox olması AŞPA prezidenti, xanım Ann Brassorun veto hüququndan istifadə etmə imkanlarını faktiki olaraq məhdudlaşdırsa da, bu ehtimal qalır və bunu istisna etmək olmaz. Ümidvar olmaq istərdim ki, o, öz statusuna hörmət edəcək və ayrı-seçkiliyə yol verməyəcək”.
 
E. Süleymanov hesab edir ki, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi AŞPA rəhbərliyini tarixi seçim qarşısında qoyacaq: “Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı AŞPA rəhbərliyinin qərarı obyektiv olacağı halda, bu qərar qurumun ayrı-seçkiliyə və ikili standartlara son qoymaq istiqamətində addımlarının nümayişi olacaq. Əksinə, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin qarşısının alınması bir daha AŞPA-da bəyan edilmiş demokratiya, hüququn aliliyi, dövlətlərin bərabərhüquqluluğu və digər prinsiplərə hörmətsizliyin və qurumun korporativ maraqlara xidmət etməsinin nümayişi olacaq. Belə olan halda isə, mən şəxsən vətəndaş mövqeyimi ortaya qoyaraq ölkəmizin belə bir qurumda qalmasının faydasız olduğunu bəyan edəcəyəm”. (APA)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

End of content

No more pages to load

RADİO