“İran öz din qardaşına edilən bu namərdliyi asanlıqla həzm elədi”

Keçmiş müdafiə naziri Rəhim Qazıyev Şuşanın işğalının ildönümündə Ali Sovetin o vaxtkı sədri Yaqub Məmmədovun Moderator.az-a müsahibəsində onun barəsində səsləndirilən ittihamlara aydınlıq gətirib:

 "Hörmətli Yaqub Məmmədov son 22 ildə Şuşanın işğalıyla bağlı dəfələrlə fikirlər bildirib və həmin hadisələr zamanı məni axtarsa da tapmadığını xüsusi olaraq vurğulayıb. Təbii ki, yaşları 18-30 yaş arasında olan indiki gənclik həmin hadisələri mətbuatdan və ağızdan-ağıza eşidib bildiyindən cəmiyyətdə bu hadisələrlə bağlı birmənalı fikir yoxdur, əksinə, o qədər yalan-palan uydurublar ki, həqiqət arada it-bata düşüb.

Birmənalı olaraq deyirəm ki, həmin hadisələrdə obyektiv səbəblərdən biz ermənilərdən silah-sursat sarıdan geridə qalsaydıq da hakimiyyətdaxili mübarizə və kreslo davası məğlubiyyətlərimizdə həlledici rol oynadı. 1992-ci ildə Heydər Əliyevin tərəfdarları Alİ Sovetin qarşısında oturaq mitinqlərə başlamışdı. Aprelin 27-də isə Hacı Əbdülün rəhbərliyi ilə Ayaz Mütəllibovun tərəfdarları onları sıxışdırıb meydandan çıxardı və mayın 4-dək onlar orda çadır quraraq oturaq mitinqlər keçirdi. Bundan sonra isə AXC tərəfdarları həmin mitinqçiləri sıxışdırıb meydandan çıxardılar və mayın 18-ədək oturaq mitinqlər davam etdi. Həmin dövrdə 4000-4500-ə yaxın əli silahlı könüllü dəstələr döyüş bölgələrindən çıxarılaraq Bakıya mitinqlərə cəlb edildi. Nizami ordunun olmadığı, silahın tapılmadığı bir vaxtda bunun nə demək olduğunu təsəvvür etmək lazımdır sadəcə. 17 mart 1992-ci il tarixində mən müdafiə naziri təyin olunanda həmin naziriliyin nə müstəqil binası vardı, nə təchizatı, nə döyüş bölgələriylə operativ əlaqə saxlamağa rabitə vasitələri, nə lazımi silah-sursatı. Təsəvvür edin ki, mən nazir olanda həmin qurumun ştat vahidinin cəmisi 3-5 faizi təyin olunmuşdu, qalanları boş idi. Nazirliyin nə nizamnaməsi və əsasnaməsi vardı, nə hərbi prokurorluq və hərbi tribunal. Ölkə sadəcə xaosun içində və müharibə vəziyyətində idi.  Baxmayaraq ki, 1991-ci il 18 oktybr tarixli Ayaz Mütəllibovun fərmanı ilə Azərbaycanda yerləşən keçmiş sovet ordusunun hərbi hissələrinin əmlakının alınaraq yenicə yaradılmış Müdafiə Naziriliynin tabeçiliyə verilməsi nəzərdə tutulmuşdu, amma baş nazir və onun müavinləri prezidentin bu fərmanının həyata keçirilməsi üçün barmaq barmağa vurmamışdılar. Bu müddətdə sadəcə Bakı Ali Hərbi Məktəbi, NZS qəsəbəsindəki hərbi hissədən 6 PDM və Şıx qəsəbəsindəki şəhərcikdə tamamilə dağıdılmış əsgər kazarmasından başqa Müdafiə Nazirliyinin balansında heç nə yox idi. Ölkədəki hərc-mərclikdən istifadə edən rus hərbçiləri gecə-gündüz hərbi əmlakı Azərbaycandan daşıyıb çıxarırdılar, yerdə qalanları isə yararsız hala salırdılar. Yəni o dövrün prosesləri orta və yaşlı nəslin gözləri önündə baş verib...

İndi də keçək Yaqub müəllimin mənim barəmdəki fikirlərinə. Yaqub Məmmədov sülh danışıqları aparmaq üçün Tehrana gedəndə təkidlə mənim də ora getməyimi istədi. Ancaq mən bütün cəbhə boyu vəziyyətin kritik olduğunu əsas götürüb getməkdən imtina etdim. Amma bu görüşdə İran özünün qədim dövlət ənənəsinə, ləyaqətinə yaraşmayan bir hərəkətə rəvac verdi. Yəni bir halda ki, bu görüş Tehranın təşəbbüsü ilə baş tutmuşdu, həmin dövrdə ermənilərin bu cür xəyanətkar addımına İran da adekvat cavab verib onları cəzalandırmalıydı. Ancaq İslam dövləti olan İran öz din qardaşlarına edilən bu namərdliyi asanlıqla həzm etdilər. Yaqub müəllim Bakıya qayıdan kimi aramızda telefon danışığı oldu və Təhlükəsizlik Şurasının iclasına getmədim. Ona görə getmədim ki, doğrusu, mənim vaxtım yox idi danışıqlarda iştirak edəm. Çünki ordan-ora qaçıb silah-sursat tapıb əsgərlərə paylayır, ağır vəziyyətdə olan bölgələrin harayına çatmaq istəyirdim. Mən yaxşı bilirdim ki, Yaqub Məmmədov nə qədər ləyaqətli adam olsa da onun bir Ali Baş Komandan (ABK) kimi əlində heç bir silah-sursatı yoxdur və necə deyərlər, əliyalın ABK olduğunu anlayırdım. O doğru deyir, getdim Yevlaxa, ordan da Gəncəyə getdim. Gəncədə 23-cü diviziyanın komandanı ilə danışaraq mayın 4-də Bərdə şəhərinə gələn Vahid Bayramovla danışdım. Dedi ki, 208 döyüşçüm var, amma silah yoxdu ki, Şuşaya qayıdım. Ona görə də təcili Gəncəyə gedib onlara silah alıb Şuşaya göndərdim, amma onlar təəssüf ki, gedib Laçından qayıtdılar. Yaqub müəllim deyir ki, Yevlax aeroportunda vertolyot və təyyarələrin uçmadığını görüb. Doğru deyir. Həmin dövrdə bizim hərbi texniki bazamız yox idi. Həmin vertolyotların, daha doğrusu, 4 ədəd Mİ-24 döyüş vertolyotunun eyni vaxtda havaya qalxması və döyüş uçuşi yerinə yetirməsi üçün bir dəfəyə 960 ədəd NURS deyilən idarəolunmayan reaktiv mərmi lazım idi. Bundan başqa iriçaplı pulemyotlara da güllələr tapa bilmirdik. Ona görə də mən o dövrdə Gəncədə polis rəisi olan indi Serbiyadakı səfirimiz Eldar Həsənova pul verdim və bir neçə dəfə uçuş etmək üçün lazım olan mərmiləri ala bildik. Mənə qarşı qaldırılan cinayət işinin 14-cü cildinin 194-197-ci səhifələrində bu barədə dəqiq yazılıb. Həmin dövrdə hərbi hava qüvvələri idarəsinin rəisi polkovnik Kravtsovun verdiyi rəsmi arayış var. Orda qeyd olunur ki, müstəntiq Xasıyevin sorğusuna cavab olaraq bildirirəm ki, 8 may 92-ci ildə 4 dənə Mİ-24 vertolyotu ilə 2 döyüş uçuşi həyata keçirilib. Bir dəfə də iki ədəd SU-24 təyyarəsiylə uçuş olub və bir dənə də SU-25 təyyarəsiylə Şuşaya uçuş olub. Yəni bizdə olan bütün mərmiləri artıq atıb qurtarandan sonra həmin vertolyot və təyyarələri boş-boşuna havaya qaldırmağa nə ehtiyac vardı ki?

Yaqub müəllim deyir ki, ona Şuşanın işğalıyla bağlı yanlış məlumat veriblər. Etiraf edirəm ki, mən də Yaqub müəllimlə telefonla danışanda demişəm ki, Şuşa bizdədir. Mənə Şuşada olan briqada komandiri o dövrdə podpolkovnik, sonradan Heydər Əliyev tərəfindən general-mayor rütbəsi verilib yüksək vəzifəyə təyin edilən Orucov Elburus İzzət oğlundan məlumat alırdım. Mənim cinayət işimdə də bu barədə yazılıb. 11-ci cildin 19-cu səhifəsində prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi Orucov Əlisahib Səttar oğlu yazır: 8 may 92-ci ildə saat 17-18 radələrində axırıncı dəfə Elburus Orucovla danışdım. Dedi ki, vəziyyət yaxşıdır. Düşmən ayağını Şuşaya basa bilməz. Xahiş edirəm Ağdamda olan hərbi komendant qardaşım Elxan Orucova  ona zəng etməyi tapşırsın. Yəni deməyim odur ki, artıq istintaqda da bu barədə qeyd olunub ki, kim aldadıb. Yəni mən də bir briqada komandiri kimi məlumatları Elburus Orucovdan alırdım. Mən də o məlumatı Ali Baş Komandana verirdim.

“Niyə 7-8 mayda siz Şuşada deyildiniz” sualının cavabı:

-Mən bir an belə nəfəs dərmədən ora silah-sursat daşımaqla məşğul idim. Bir epizodu da deyim. Mayın 8-də tezdən Müdafiə Nazirliyindən çıxıb Şuşaya getməyə hazırlaşırdım. Etibar Məmmədovla Tahir Əliyev girdi içəri. Özü də ömrümdə ilk dəfə mən Etibarı komufluyajda görürdüm. Dedi sən getmə, silah-sursat tap. Amma təsəvvür edin ki, mənim məhkəmə prosesimdə Etibar da, Tahir də yanıma gəlmələrini inkar elədilər. Mən də Etibara inandım və bizim o vaxt Qəbələdə türk zabitlərinin təlim keçdikləri 165 nəfərlik Tusi adına APİ-nin hərbi hazırlıq ixtisasında təhsil alan tələbəmiz vardı. 165 nəfərin cəmisi 25 avtomatı vardı. Mən onda Etibara dedim ki, sən birbaşa get Qəbələyə, götür gətir onları Yevlax Yun zavoduna, mən gedib onlara avtomat  və digər lazımi silahlar alıb gətirəcəm. Və onları həmin gün silahla təmin etdim və Etibar onları götürüb getdi Laçına. Bir gün sonra Etibarın sorağı Türkiyədən gəldi. Həmin uşaqlar da Etibarla Bakıya gəlib ordan dağılışdılar. Bəli, mən çox böyük günah elədim ki, həmin günü Şuşaya getmədim. Amma mən gördüm ki, Laçın da əldən gedir, silah tapmaq da getdikcə çətinləşir, uçdum Moskvaya. Artıq Qraçov 3-cü gün idi ki, nazir idi. Ona yalvardım ki, mənə silah ver. Mənim yanımda götürüb 4-cü ordunun komandanı Popova zəng elədi, dedi ki, Azərbaycanın müdafiə naziri yanımda, ona təcili 10 dənə T-72 tankı, 10 dənə də PDM ver. Selektrlə danışırdı deyə Popovun da cavabını eşitdim. Dedi ki, verməyinə verərəm, amma onların hamısı konservasiyadadır, heç birində akkumlyator batareyası yoxdur. Mən elə ordan götürüb Popova dedim ki, sən narahat olma, yarım saatdan sonra müavinim Vahid Musayev yanınıza gələcək, lazım olan ustaları da gətirib bir günün içində həmin texnikanı hazır vəziyyətə gətirəcəklər. Allah rəhmət eləsin, ordan Vahid Musayevlə danışıb başa saldım ki, Popovun könlünü almaq üçün nə aparıb vermək lazımdır, Dövlət Təchizat Komitəsinin anbarında da nə qədər 24 voltluq akumlyator var, onları götür. Düzəlməsə, Prişipə gedəndə yolda qabağına çıxan Kamaz, Kraz maşınlarını saxla, üztündən akkumlyatorlarını götür. Mən ordan götürüb naziriliyə-əməliyyat idarəsinə zəng elədim. Onda Səfər Əbiyev Baş Qərargah rəisinin müavini idi. Dedim Səfər Əbiyev getsin Dəvəçidə “Beşbarmaq” dağında təzəcə yaratdığmız reyd dəstəsinə, onları götürüb getsin birbaşa Prişipə-indiki Göytəpəyə. Nə isə, onlar bir neçə saatın içində 10 tank və 10 PDM götürüb vaqonlara yüklədilər və Şuşa-Laçın istiqamətinə çatdırmaq üçün  düz Zəngilana qədər gətirdilər. Təsəvvür edin ki, həmin texnikanı öz xodlarıyla tam yanacaq dolu baklarda vaqonlara mindirib yola salmışdılar, amma Zəngilanda baxmayaraq ki, həmin texnikanın üstündə polkovnik Səfər Əbiyev nəzarətçi olub, yerə düşürəndə bəlli olub ki, Göytəpə ilə Zəngilanın arasında yolda Səfərin əlinin altında yüz nəfər ola-ola həmin 20 texnikanın 8 ədədinin elektrik naqillərini doğrayıblar. Mən qayıdıb gəldim Moskvadan. Bunu eşidəndə dəli olmaq dərəcəsinə çatdım. Tapşırdım ki, 8 texnikanı təmir edənədək işlək olan 12 texnikanı Səfər Əbiyev Laçın istiqamətinə aparsın. Zəngilanla Qubadlının arasında  Səfər Əbiyev həmin texnikaları da 100 əsgərlə qoyub qaçır. Bundan sonra Səfər Əbiyev haqqında cinayət işi qaldırıldı, ancaq onun sonrakı taleyini hamınız yaxşı bilirsiniz...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Karyeram sona yaxınlaşır - Ronaldo

Karyeram sona yaxınlaşır - Ronaldo

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

End of content

No more pages to load

RADİO