Bu gün saat 16:00-da Yasamal rayonunda, “Inşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda Milli Şuranın növbəti mitinqi keçiriləcək. Moderator.az xəbər verir ki, mitinqin tələbi prezident seçkilərinin yenidən keçrilməsidir.
Sosial şəbəkələrdə mitinqlə bağlı cəmiyyətə geniş informasiya verilib və “Tələb edirik” adlı “event” yaradılıb. İnsanlar sosial şəbəkələr vasitəsilə mitinqə dəvət edilib.
Müxalifət bu gün keçiriləcək mitinqdə cəmiyyətin müxtəlif təbəqələrinin fəal iştirak edəcəyini və əvvəlki mitinqlərdən daha kütləvi olacağı bildirsə də, paytaxtda yağan yağış və seçkilərdən sonrakı ehtirasların bir qədər soyuması səbəbindən mitinqin əvvəlkilərdən kütləvi olacağı gözlənilmir.
Mitinqlə bağlı ölkənin tanınmış siyasi liderləri də xalqa çağırış edib.