Qondarma ittihamlarla həbs olunan hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimli sabah yeni vəkili Bəhruz Bayramovla görüşəcək. Bu barədə Moderator.az- a açıqlamasında vəkilin özü məlumat verib. Vəkilin sözlərinə görə o, Pərviz Həşimlinin müstəntiqi ilə əlaqə saxlıyıb, müvəkkili ilə görüşmək istədiyini bildirib. Müstəntiq isə sabah saat 11 radələri üçün vəkili MTN-ə dəvət edib. Bəhruz Bayramov saytımıza açıqlamasında bildirdi ki, sabah orderini müstəntiqə təqdim edərək Pərviz Həşimli ilə görüşəcək.