İlham Əliyev seçki monitorinqinin yekunlarına görə lider oldu

04 oktyabr 2013-cü il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının həmsədrləri Rufiz Qonaqov, Rəfail Becanov və Yadigar Məmmədli 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkisinin uzunmüddətli monitorinqinin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Alyansın həmsədri Rufiz Qonaqov çıxış edərək bildirib ki, Prezident seçkisinin monitorinqinin ikinci mərhələsi də artıq yekunlaşıb. Bu mərhələ 12 sentyabrdan başlanıb:” Bu mərhələdə 5 regionda monitorinqlər aparıldı. Ümumilikdə 11 region əhatə olundu. 11 regionda 78 rayonu əhatə etmişik. Monitorinqə ümumilikdə 19 500 nəfər respondent cəlb olunub. Əsas məqsədimiz əhalinin seçki hazırlığını müşahidə etmək, partiyaların və namizədlərin reytinqini müəyyənləşdirmək, onların hansı partiya və namizədə inandığının monitorinqinin aparılması olub. “Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 86.46 %-i prezident İlham Əliyevə inandıqlarını bildiriblər. 6.54 % Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2.5 % Ümid Partiyasının sədri İqbal Ağazadəyə, 2.4 % Qüdrət Həsənquliyevə, 0.70% Sərdar Cəlaloğluna, 0.44 % Zahid Oruca, 0.43% İlyas İsmayılova, 0.53% isə digər namizədlərə inandıqlarını bildiriblər. “Bu gün seçki keçirilərsə, kimə səs verərdiniz” sualına cavabda da İlham Əliyev böyük üstünlüklə irəlidədir. Monitorinqə cəlb edilən 19 500 nəfərin 86.46 %-i, yəni 16 860 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib. Onlardan 6.54%-i, yəni 1276 nəfəri isə Milli Şuranın namizədi Cəmil Həsənliyə, 2.5%, 487.5 nəfər İqbal Ağazadəyə, 2.4 %-i, 467.75 nəfər isə Qüdrət Həsənquliyevə,  2.1%-i, yəni, 408.75 nəfər isə digər namizədlərə “səs verərdim” deyə cavab verib.

Alyansın həmsədri Rəfail Becanov  bildirib ki, namizədlərin reytinqi müəyyənləşdirilən kimi, siyasi partiyaların da yekun reytinqlərinin öyrənilməsi monitorinqin əsas predmetlərindən biri olub. Siyasi partiyaların azad fəaliyyət imkanlarını ölkədə demokratik şəraitin mövcudluğu, müasir sivil cəmiyyətin formalaşması, insanların siyasi baxışlarını azad ifadə etməsinin nümunəsi sayan 91% respondentin fikrincə, bu ölkəmizin demokratik dəyərlərə sayğısı və Azərbaycanın demokratik inkişaf yolunda olmasının təzahürüdür. Partiyaların reytinqində də birincilik YAP-a məxsusdur: ”Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 16860 nəfəri, yəni 86,46%-i YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Respondentlərin 2.640 nəfəri, yəni 13.54%-i isə digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər. Bu sırada isə 2.87%-lə AXCP, 2.82 %-lə Müsavat, 1.62 %-lə KXCP, 1,43%-lə ALP, 1.36%-lə Ümid, 1.18%-lə BAXCP  qərarlaşıb. 2.26% Ədalət, ASDP, MMP və digət partiyalar arasında bölünür. Monitorinqin və sorğunun nəticələrindən aydın olur ki, YAP və onun prezidentliyə namizədi İlham Əliyev sabit elekorata malikdir”

Alyansın həmsədri Yadigar Məmmədli ölkədəki seçki mühiti ilə bağlı çıxış etdi: O, bildirdi ki, 11 regionda aparılan monitorinq zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb. İmzatoplama kampaniyası, namizədlərin qeydiyyatı kimi seçki təşviqatı prosesi də özünəməxsus və hər hansı problem müşahidə edilmədən keçirilib. Namizədlərə seçki təşviqatı ilə bağlı 68 rayon mərkəzində mitinq və kütləvi tədbirlər keçirilməsi üçün açıq və qapalı yerlər ayrılıb. Pulsuz təşviqat kampaniyasının aparılmasına, ictimai televiziyada (İTV) və  radioda, o cümlədən rəsmi dövlət qəzetləri olan “Azərbaycan” və “Xalq” qəzetlərində ödənişsiz təşviqat üçün imkan yaradılıb. Qeyd edək ki, namizədlərə təşviqat üçün yaradılan şərait ekspertlər tərəfindən də müsbət qiymətləndirilir. Kampaniya dövründə prezidentliyə namizədlər hər həftə 3 saat İctimai Televiziyanın, 3 saat isə radionun imkanlarından istifadə edərək, seçicilərə öz fikir və platformalarını çatdıra biliblər. Açıq havada seçicilərlə görüş keçirmək üçün də imkanlar yaradılıb. İstər Bakı şəhərində, istərsə regionlarda namizədlər həm açıq havada, həm də qapalı zallarda seçicilərlə müxtəlif formatlı görüşlər keçiriblər. Keçirilən mitinq və görüşlərdə hər hansı insident və hüquq-mühafizə orqanlarının müdaxiləsi halları müşahidə edilməyib. Bu da onu göstərir ki, seçki təşviqatı seçki qanunvericiliyinə uyğun olaraq baş tutub”.

Daha sonra layihənin icraçı təşkilatlarının rəhbərləri və ekspertləri çıxış edərək, monitorinqin 2-ci mərhələsinin ayrı-ayrı regionlar üzrə nəticələrini elan ediblər. “Media və Mülki Cəmiyyət” İB-nin sədri, layihənin eksperti Xanoğlan Əhmədov Ağdaş-Göyçay və Şirvan bölgəsində monitorinqin nəticələri açıqlayıb: “İki bölgə üzrə 12 rayon əhatə olunub və 3000 nəfər respondentin rəyi öyrənilib”.  Layihənin icraçı təşkilatlarından olan Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri  Mehriban Abdullayeva Naxşıvan Muxtar Respublikası və Bakı-Sumqayıt  regionu üzrə nəticələri elan edib. O, bildirib ki, iki bölgədə 19 rayon üzrə monitorinqə 4750 nəfər cəlb edilib. Alyansın üzvü, layihənin eksperti Nərgiz Nağıyeva isə Qarabağ və işğal olunmuş rayonlar üzrə məlumat verib: “Biz 7 rayonu əhatə etmişik. Bu rayonlarda 1750 nəfər respondent monitorinqə cəlb olunub”.

Xatırladaq ki,  QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili» layihəsini həyata keçirir. Monitorinqə ümumilikdə 19 500 nəfər respondent cəlb olunub. 11 regionda 78 rayonda monitorinq aparılıb.

Alyansın monitorinq hesabatı, namizədlərin və partiyaların yekun reytinq cədvəlləri Press-relizə əlavə olunur.

 

QHT Əməkdaşlıq Alyansı Mətbuat Xidməti


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qırğızıstanda sel fəlakəti: "Beş-Taş" milli parkından 50 nəfər təxliyə edildi - VİDEO

Qırğızıstanda sel fəlakəti: "Beş-Taş" milli parkından 50 nəfər təxliyə edildi - VİDEO

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı

İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI

Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI

Braziliyada milyonlarla sakinə "yadplanetlilərin hücumu" barədə saxta xəbərdarlıq göndərildi

Braziliyada milyonlarla sakinə "yadplanetlilərin hücumu" barədə saxta xəbərdarlıq göndərildi

Los-Ancelesdə anbar yanır: Şəhərdə fövqəladə vəziyyət elan olundu - VİDEO

Los-Ancelesdə anbar yanır: Şəhərdə fövqəladə vəziyyət elan olundu - VİDEO

Qahirədə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri bir arada - FOTO

Qahirədə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri bir arada - FOTO

Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

İran millisi DÇ-2026-nın oyununa cəmi bir sutka qalmış ABŞ-a gəldi

İran millisi DÇ-2026-nın oyununa cəmi bir sutka qalmış ABŞ-a gəldi

Sibiqadan Polşa bəyanatı: "Ukraynaya qarşı mənfi ritorika artır”

Sibiqadan Polşa bəyanatı: "Ukraynaya qarşı mənfi ritorika artır”

Sorğu: İsraillilərin 92%-i İranın müharibədən qalib ayrıldığını düşünür

Sorğu: İsraillilərin 92%-i İranın müharibədən qalib ayrıldığını düşünür

Fərman Həsənov: UFC-də məqsədim titul uğrunda döyüşməkdir

Fərman Həsənov: UFC-də məqsədim titul uğrunda döyüşməkdir

556 nəfər imtahan verdi: XİN-nə diplomatik xidmətə qəbul olacaqlar

556 nəfər imtahan verdi: XİN-nə diplomatik xidmətə qəbul olacaqlar

İlon Mask ABŞ büdcəsindən insanlara birbaşa pul paylamağı təklif edib

İlon Mask ABŞ büdcəsindən insanlara birbaşa pul paylamağı təklif edib

Hörmüz boğazı bağlı qalır: SEPAH gəmilərin keçidinə icazə vermir

Hörmüz boğazı bağlı qalır: SEPAH gəmilərin keçidinə icazə vermir

Ukrayna dronları Krasnodarı kütləvi atəşə tutdu: Kerç və "Qafqaz" limanları yanır - VİDEO

Ukrayna dronları Krasnodarı kütləvi atəşə tutdu: Kerç və "Qafqaz" limanları yanır - VİDEO

Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi - FOTO

Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi - FOTO

Bakıda verilən suyun həcmi müvəqqəti azaldıldı

Bakıda verilən suyun həcmi müvəqqəti azaldıldı

Azərbaycan dili fənni üzrə test imtahanı KEÇİRİLDİ

Azərbaycan dili fənni üzrə test imtahanı KEÇİRİLDİ

Cəsarətli övlad böyütməyin SİRRİ - Valideynlər nə etməlidir?

Cəsarətli övlad böyütməyin SİRRİ - Valideynlər nə etməlidir?

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

End of content

No more pages to load

RADİO