“2003-cü il prezident seçkilərində bizim partiya Etibar Məmmədovun namizədliyini dəstəklədi. Builki prezident seçkilərində isə hələlik Azərbaycan Milli İstiqlal Partiyasınından prezidentliyə namizədi yoxdur. Ona görə də hesab edirəm ki, AMİP bu seçkilərdə bizə dəstək verməlidir. Borcu ödəmək vaxtıdır”.
Bu sözləri “Yeni Müsavat” qəzetinə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
Mövzu ilə əlaqədar Moderator.az a açıqlama verən AMİP sədr müavini Əli Oruclu isə partiya olaraq kiməsə borcu olmadıqlarını dedi:
“Partiyamızın qarşıdan gələn seçkilərdə iştirak etmək niyyəti var. Yaxın günlərdə partiyanın bununla bağlı konkret qərarı olacaq. Bizim partiyanın istənilən bir namizədinin şansları Fuad Əliyevdən qat-qat yüksəkdir. Odur ki, Fuad Əliyevin bu fikirlərinə ciddi yanaşmıram”
Xəyal Əzizov