26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi ilə əlaqədar keçiriləcək hərbi parada hazırlıq məşqlərinin keçirilməsi səbəbi ilə bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanı bir sıra aviareysləri qəbul edə bilməyib. APA-nın məlumatına görə, paytaxta gedən bir neçə reys Gəncə Beynəlxalq Hava Limanında qəbul edilib.
Limanın direktoru Bəylər Nəcəfov Milan-Bakı, Amsterdam ”“Bakı və Mineralnıye vodı- Bakı aviareyslərinin təyyarələrinin Gəncədə qəbul edildiyini və bir neçə saatdan sonra paytaxta yola salındığını bildirib.