“Aprel döyüşləri, bu döyüşlərdə əldə edilən uğurlar barəsində hələ çox deyiləcək. Hesab edirəm ki, deyilməlidir də”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Mübariz Tağıyev bildirib. Onun sözlərinə görə, aprel döyüşlərində hərbçilərimizin göstərdiyi tarixi qəhrəmanlıqlar hərb tariximizdə silinməz izlər qoymaqla yanaşı, həm də gənclərimiz üçün örnək təşkil edir:
“Aprel döyüşlərində bizim əsgərlərimiz, zabitlərimiz çox böyük qəhrəmanlıqlar göstərdi. Bu qəhrəmanlıqların daim xatırlanması, qəhrəmanlarımızın təbliğ edilməsi, onların göstərdiyi igidliklərin unudulmaması üçün aprel döyüşlərinin hər zaman yada salınmasına ehtiyac var. Bu, qəhrəmanlarımızın, şəhdilərimizin xatirəsini yad etməklə yanaşı, gənc nəslin vətənpərvər ruhunda tərbiyəsi baxımından da olduqca vacibdir”.
xa0
Seymur ƏLİYEV