Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
Moderator.az -ın məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Bakıda mətbuata bəyanatla çıxışı zamanı deyib.xa0
Nazarbayev İlham Əliyevi iyunun 10-da keçiriləcək “Ekspo-2017”x9dnin açılışında fəxri qonaq kimi dəvət edib.xa0
“Mən, həmçinin sədr kimi sizi Şanxay Əməkdaşlıq Təşkilatına qonaq dəvət edirəm. Həmin görüşlərdə dialoqumuzu davam etdirərik və bu gün verdiyimiz tapşırıqların necə icra olunduğunu yoxlayarıq”x9d, - deyə Qazaxıstan prezidenti bildirib.