Qumarda 270 min dollar uduzduğu deyilən sabiq deputatın -Şok hekayəsi


Mətbuatda sabiq deputat Fərhad Qəribovun Tiflisdə kazinoda qumar oynaması ilə bağlı xəbərlər yayılıb. Jurnalist Eynulla Fətullayev yazıb ki, Qəribovu özü şəxsən Tiflisdə kazinoya gedərkən görüb və daha sonra onun kazinodakı oyununu izləyib. Jurnalistin iddiasına görə, Qəribov 270 min dollar uduzub və bundan sonra yanındakılara kənardan əlavə pul gətiriləcəyini deyib.

Sabiq deputat özü isə Tiflisdə kazinoda 270 min dollar uduzması ilə bağlı barəsində yayılan məlumatı təkzib edib. F. Qəribov “Qafqazinfo”x9dya deyib ki, yayılan məlumatların hamısı boş və yalan sözlərdən ibarətdir: “Mən ”x9dpensioner" adamam. Mənim pulum var ki, gedim kazinoda oturum?! Videoya da yaxşı baxın. Görün mənəm o videoda?"
Qeyd edək ki, Fərhad Qəribov 2005-2015-ci illərdə Kürdəmir seçki dairəsindən Milli Məclisin deputatı olub. Ancaq Qəribov deputat fəaliyyəti ilə bağlı deyil, mediada daha çox biznes fəaliyyətləri və adı ətrafında maliyyə qalmaqalları ilə məşhurlaşıb.xa0

1952-ci ildə Kürdəmirdə anadan olmuş F.Qəribov mühəndis olub, sovet illərində Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin regional idarəsində müxtəlif vəzifələrdə işləyib. Daha sonra “Azərneftlayihətikinti”x9d istehsalat birliyində rəhbər vəzifə tutub. Müstəqillik illərində isə biznesə girişib və 2000-ci illərin əvvəllərində “Debütbank”x9dı təsis edib. Habelə “Azəri-Holdinq”x9d maliyyə-sənaye qrupuna rəhbərlik edib. Bundan başqa, Kürdəmirdə şirə zavodu, bazarın, bir sıra iaşə və ticarət mərkəzlərinin sahibi olduğu, habelə paytaxtda fəaliyyət göstərən “Çıraq Plaza”x9d hoteli, “Şəki”x9d restoranlar şəbəkəsi, ticarət obyektləri və mebel sexlərinin olması haqda mətbuatda məlumatlar yayılıb. 2005-ci ildə deputat olan F.Qəribovun biznesini oğlanları idarə edib.
Image

Hətta 2000-ci illərin əvvəllərində Qəribovun Türkiyənin o zamankı prezidenti Abdulla Gülün qardaşı ilə biznes ortaqlığının olması ilə bağlı məlumatlar mediaya yol tapmışdı. Ancaq 2010-cu ildən sonra F.Qəribovun biznesi sıxışdırılmağa başlayıb. Əvvəlcə onun şirə zavodu ətrafında qalmaqallar başlayıb. 2010-cu ildə isə Mərkəzi Bank “Debütbank”x9d ASC-yə verilmiş bank lisenziyasını geri alıb. Buna səbəb bankın fəaliyyətində yol verilmiş ciddi pozuntular olub. Baş Prokurorluğun iki il əvvəl yaydığı rəsmi məlumatda deyilirdi ki, “Debütbank”x9d 2006-2008-ci illərdə Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərərkən fonddan ayrılmış 3 milyon manata yaxın güzəştli kredit bankın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə mənimsənilib.
Image

Mətbuat yazıb ki, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin mənimsənilməsi üzrə Fərhad Qəribovun oğlu Elnur Qəribov istintaqa cəlb olunub, dindirilib, onun ölkədən çıxışına qadağa qoyulub. Bəzi məlumatlara görə, o vaxt deputat olan Qəribov özü də mənimsəmə işi ilə bağlı istintaqa ifadə verib, baş verənlərdən xəbəri olmadığını iddia edib.

2011-ci ildə isə Kürdəmirdəki şirə zavodunun qətlə yetirilən mühasibi Nadir Mehdiyevin oğlu Kərim Mehdiyev Zöhrab Qəribovla (Fərhad Qəribovun oğlu-red.) bağlı ittihamlar irəli sürmüşdü. K.Mehdiyev iddia edirdi ki, atasını itkin düşməmişdən əvvəl Zöhrab Qəribovun maşınına minən görüblər.

Deputatın daha bir oğlunun adı “Debutbank”x9dla bağlı məhkəmə işində hallanırdı. İndi bağlanmış bankın Müşahidə Şurasının sədri Rəşad Qəribov dələduzluqla üzləşmişdi. R.Qəribov bildirirdi ki, Emin Əmirov adlı şəxs onun 14 milyon manat pulunu mənimsəyib.
F.Qəribov 2014-cü ildə oğlunun Beynəlxalq Bank işində adının keçməsini təsdiqləyən açıqlama verərək oğlunun 8 il əvvəl Cahangir Hacıyevlə şərikli iş qurduğunu etiraf etmişdi. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almanlar Kloppla danışıqlara başladı

Almanlar Kloppla danışıqlara başladı

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

"iTicket" “Qarabağ”ın oyununa görə azarkeşlərdən ÜZR İSTƏDİ - FOTO

"iTicket" “Qarabağ”ın oyununa görə azarkeşlərdən ÜZR İSTƏDİ - FOTO

İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

Niderland millisinin üzvü “Fənərbağça”da

Niderland millisinin üzvü “Fənərbağça”da

Həm dərmandır, həm də dərd: Bağ-bağatınızdakı bu bitkini yalın əllə yığmayın, TƏHLÜKƏLİDİR – FOTO

Həm dərmandır, həm də dərd: Bağ-bağatınızdakı bu bitkini yalın əllə yığmayın, TƏHLÜKƏLİDİR – FOTO

Rafinya Norveçlə oyunu da buraxacaq

Rafinya Norveçlə oyunu da buraxacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu mərkəzi yollar tamamilə BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Bu mərkəzi yollar tamamilə BAĞLANIR

“Neftçi”nin hücumçusu zədələndi

“Neftçi”nin hücumçusu zədələndi

"Türk Dünyası Həftəsi" iştirakçıları tərəfindən Xankəndi Bəyannaməsi qəbul olundu

"Türk Dünyası Həftəsi" iştirakçıları tərəfindən Xankəndi Bəyannaməsi qəbul olundu

“Qarabağ”dan növbəti transfer - FOTO

“Qarabağ”dan növbəti transfer - FOTO

Ərdoğan Meloni ilə DANIŞDI: Müdafiə sənayesində yeni addımlar atılır

Ərdoğan Meloni ilə DANIŞDI: Müdafiə sənayesində yeni addımlar atılır

Türkiyə LGBT turu təşkil edən layneri ölkəyə BURAXMADI

Türkiyə LGBT turu təşkil edən layneri ölkəyə BURAXMADI

Qalibafın müsahibəsi İran dövlət televiziyasında qalmaqala səbəb oldu - VİDEO

Qalibafın müsahibəsi İran dövlət televiziyasında qalmaqala səbəb oldu - VİDEO

Sahibə Qafarovanın Xameneinin vida mərasimində iştirakı ilə bağlı MƏLUMAT - FOTO

Sahibə Qafarovanın Xameneinin vida mərasimində iştirakı ilə bağlı MƏLUMAT - FOTO

Pərviz Yusifova yeni VƏZİFƏ VERİLDİ

Pərviz Yusifova yeni VƏZİFƏ VERİLDİ

33 il əvvəl itkin düşən Mədinə Babayevanın qalıqları Kəlbəcərdə torpağa tapşırıldı - FOTO

33 il əvvəl itkin düşən Mədinə Babayevanın qalıqları Kəlbəcərdə torpağa tapşırıldı - FOTO

İki rayonun bəzi ərazilərində qaz kəsiləcək

İki rayonun bəzi ərazilərində qaz kəsiləcək

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz Azərbaycana GƏTİRİLİR

Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz Azərbaycana GƏTİRİLİR

Məşhur kosmetika brendində kanserogen maddə - İDDİA

Məşhur kosmetika brendində kanserogen maddə - İDDİA

End of content

No more pages to load

RADİO