BBC kampaniyası Ermənistan Azərbaycan qoşunlarının təmas xəttindəki son qarşıdurma ilə bağlı Rayhan Demytrienin məqaləsinə bəzi düzəlişlər edib.
xa0
Məqalədə Avropa Azərbaycan Cəmiyyətinin etiraz məktubunda göstərdiyi məqamların bəziləri əlavə edilib, korrektələr olunub.
***
Avropa Azərbaycan Cəmiyyəti (AAC) BBC kampaniyasına Ermənistan Azərbaycan qoşunlarının təmas xəttindəki son qarşıdurma ilə bağlı tutduğu qərəzli və tərəfli mövqeyi qınayıb.
xa0
APA-nın xəbərinə görə, cəmiyyətin məktubunda BBC-nin daim tərəfsiz və obyektiv xəbər prinsipinə sadiq qaldığını”x9d vurğuladığı xatırladılır.
xa0
“Lakin BBC son hadisə ilə bağlı xəbərlərdə BMT Təhlükəsizlik Şurasının bu münaqişəyə dair qəbul etdiyi qətnamələri qeyd etmir. Halbuki bu qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycanın süveren ərazilərindən dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir. Hansı ki, bundan sonra bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıda bilər”x9d.
xa0
“Əgər Ermənistan qeyri-qanuni olaraq uzun illər Azərbaycanın ərazilərini işğal altında saxlamasaydı, orada münaqişə olardımı? BBC Liviya, İraq və Suriya kimi münaqişələrlə bağlı BMT-nin bəyanat və qətnamələrinə daim istinad edib. BMT-nin bu məsələyə dair mövqeyini də qeyd etmək daha məqsədə uyğun olmazdımı?”x9d deyə, etiraz məktubunda bildirilir.
xa0
AAC həmçinin BBC-nin məsələyə “xristian Ermənistanı ilə müsəlman Azərbaycanı arasında dini münaqişə”x9d kimi təqdim etməsinə də etirazını bildirib: “Bu münaqişə iki tərəfin dini fikir ayrılığı ilə bağlı deyil. Bu, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan torpaqlarının zəbt edilməsi idi. İndi isə açıq-aşkar daha da çox torpaq işğal etmək cəhdidir”x9d.
Eyni zamanda BBC-də yayılmış yazılardan birində “Qarabağ”x9d sözünün fars kökənli olduğunun qeyd edilməsi də qınanılıb: ““Qarabağ”x9d Azərbaycan sözüdür, eləcə də Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”x9d.
xa0
AAC sosial media və email vasitəsi ilə BBC-nin tərəfli mövqeyinə etiraz etməyə çağırıb.