“ADR-in “Böhran əleyhinə iqtisadi islahatlara dair təkliflər”x9d məktubunun Nazirlər Kabinetindən geri qaytarılması üçün göstərilən bəhanə sadəcə olaraq biabırçılıqdır”x9d.
Bunu Moderator.az-a açıqlamasında Azərbyacan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini Vurğun Əyyub deyib.
Vurğun Əyyub qeyd edib ki, onlara təşəkkür etməkdənsə belə gülünc bəhanəyə əl atırlar: "Biz bu cür kabinetin idarə etdiyi bir ölkənin vətəndaşlarıyıq. Ciddi bir sənəd göndərmişik, qəbul edib, təşəkkür edib müzakirə etməkdənsə, belə gülünc bəhanəyə əl atırlar. Hamıya məlumdur ki, Hərəkatın sədri hörmətli Qubad İbadoğlu uzun müddətdir ki, Amerikadadır. Sədrin vəzifələrini Nizamnaməyə əsasən mən icra edirəm. İkincisi də, təkliflər paketinin qəbul olunduğu Məclisin iclasına mən sədrlik etmişəm. Ona görə də təkliflər paketini müşayiət edən məktubu imzalamaq tam olaraq səlahiyyətim çərçivəsindədir”x9d.
Sədr müavini onu da qeyd edib ki, həmin sənədi yenidən Nazirlər Kabinetinə göndərmək niyyətində deyil: “Kabinetin rəhbərliyi öz işçisinin bu cür qeyri-qanuni və etikadan kənar əməlinə qiymət verməlidir”x9d.
Xatırladaq ki, Tanınmış iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının “Böhran əleyhinə iqtisadi islahatlara dair təkliflər”x9d məktubu Prezident Adminstrasiyasında qəbul edilsə də, Nazirlər Kabinetindən geri qaytarılıb. Sənədin Nazirlər Kabinetinə ünvanlanmış surəti Baş nazir Artur Rasizadə tərəfindən geri göndərilib və səbəb olaraq da sənədin sədr tərəfindən imzalanmaması göstərilib.
Rumiyyə