xa0Xatırlayırsınızsa, bir müddət əvvəl bəzi iqtisadçılarımız Azərbaycan hakimiyyətinə qeyri-neft sektorunun inkişafı məqsədilə xarici banklardan börc götürməyi məsləhət görmüşdülər. Ölkə başçımızın dünənki müşavirədə dilə gətirdiyi bəzi fikirlər siyasi iradənin də bu məsələyə müsbət baxdığını göstərir.
Di gəl ki, xaricdən borc almaq məsələsinə şübhəylə yanaşanlarımız da az deyil. Borclanmaya ən maraqlı etiraz isə nə iqtisadçılardan, nə də rəsmilərdən gəldi. Daha çox publisist yazıları, siyasi analizləri ilə yanaşı, satirik şeirləri ilə də diqqət çəkən Heydər Oğuz bu gün facebook səhifəsində paylaşdığı statusunda borclanmaya qarşı mövqeyini qeyri-adi üslubda ifadə edib.
Şair-publisistin statusunu Moderator.az oxucularına təqdim edirik:
Hop-hop quşunun balası anasına deyir:
-Ay ana, yuvamızın hər tərəfi nəcisdir. Bəlkə təzə yuvaya köçək?
Ana cavab verir:
-Ay bala, o dal kimi bizdədir, hara getsək, yuvamız nəcis olacaq.
İndi hop-hop quşunun sözü olmasın, bu korrupsioner məmurları dəyişdirməkdikcə, xaricdən nə qədər borc alırsan al, vəziyyət düzələn deyil. Əksinə, borc yükümüz artacaq.