"Mercedes" "Formula-1" tarixində ən çox yarış qələbəsi qazanan mühərrik istehsalçısı olub.
Bizim.Media xəbər verir ki, bu nəticə Azərbaycan Qran-prisində Corc Rasselin qələbəsindən sonra qeydə alınıb.
Beləliklə, "Mercedes" mühərrikləri ilə qazanılan qələbələrin sayı 252-yə çatıb.
"Ferrari" isə 251 qələbə ilə ikinci pillədə qərarlaşıb.Beləliklə, "Mercedes" "Ferrari"ni geridə qoyaraq "Formula-1" tarixində mühərrik istehsalçıları arasında qələbə sayına görə zirvəyə yüksəlib. (oxu.az)
Bizim.Media