"Allahın ilk yaratdığı şey qələmdir. Allah ona: "Yaz!" - deyə buyurdu..."xa0

"Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır". (əl-Hədid, 22).
 
QƏDƏRƏ İMAN...
 
Ərəb dilində "qədər" sözü miqdar, ölçü, həmçinin təqdir edilən mənasını ifadə edir. Uca Allah öz əzəli elmi ilə hər şeyin ölçüsünü təqdir etmişdir.
 
Uca Allah buyurur:
 
"Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər ilə) yaratdıq". (əl-Qamər 49).  
 
Allah hər şeyi bilir...
 
Uca Allah olmuş və olacaq hər şeyi yaratmamışdan əvvəl bilir. Onun elmi hər şeyi əhatə edir. O buyurur:
 
"(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə onu əhatə edib qavraya bilməz". (Ta Hə, 110).
 
"Göylərdə və yerdə zərrə qədər bir şey ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın". (Səba 3).
 
Allah hər şeyi yazmışdır...
 
Uca Allah yaratmamışdan öncə hər şeyi "lövhi məhfuz" (qorunan lövhə) adlanan kitabda yazmışdır. Uca Allah buyurur:
 
"Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır". (əl-Hədid, 22).
 
Həmçinin, rəvayət edilir ki, Ubadə ibn Samit (Allah ondan razı olsun) oğluna belə demişdir: "Ey oğul! Həqiqətən, sənin başına gələn (bir şeyin) səndən yan keçməməli olduğunu və səndən yan keçən (şeylərin) də sənin başına gəlməməli olduğunu bilməyincə, həqiqi imanı dadmazsan. Mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə buyurdu­ğunu eşitdim: "Allahın ilk yaratdığı şey qələmdir. Allah ona: "Yaz!" - deyə buyurdu. O dedi: "Ey Rəbbim! Nə yazım?" Allah buyurdu: "Qiyamət saatı qopanadək hər bir şeyin qədərini yaz!" O, sözünə davam edərək dedi: "Ey oğul! Mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitdim: "Bundan qeyri (etiqad) üzərində ölən məndən deyildir".
 
Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu yazının nə zaman baş verdiyini xəbər verərək buyurmuşdur: "Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl bütün məxluqatın qədərini yazmışdır". (Muslim, 5/509).
 
Qədərə iman nədir?..
 
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin (Allahın ona salamı olsun): "Mənə iman haqqında xəbər ver!" - buyruğuna belə cavab vermişdir: "(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır". Hər bir müsəlman imanın bu altı əsasına yəqinliklə iman gətirmədikcə həqiqi mömin ola bilməz. Qədərin xeyir və şərinə iman gətirmək bu əsaslardan biri hesab olunur. Qədərin xeyir və şərinə iman gətirmək Uca Allahın keçmişdə və gələcəkdə olan hər bir şeyin ölçüsünü, nə vaxt və necə meydana gələcəyini bildiyinə, həmçinin Öz dərgahındakı "lövhi-məhfuz" adlanan kitabda yazdığına, hər bir şeyin yalnız Onun iradəsi ilə var olmasına, yalnız Onun yaradan olmasına iman gətirməkdir.  
Uca Allah buyurur:
 
"Məgər bilmirsənmi ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu Yazıda (Lövhi-Məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu Allah üçün asandır!" (əl-Həcc 70).
 
Zikr.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peruda təyyarə qəzaya uğradı: 13 ölü var - VİDEO

Peruda təyyarə qəzaya uğradı: 13 ölü var - VİDEO

Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşdı

Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşdı

Moskva partlayışında ölənlərin sayı 3-ə çatdı: 21 yaralı var - VİDEO

Moskva partlayışında ölənlərin sayı 3-ə çatdı: 21 yaralı var - VİDEO

Tramp İrana planlaşdırdığı hücumu dayandırdı: “Bunu məndən xahiş etdilər”

Tramp İrana planlaşdırdığı hücumu dayandırdı: “Bunu məndən xahiş etdilər”

Goranboyda AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Goranboyda AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Avqustun bəxtəvər 4 BÜRCÜ

Avqustun bəxtəvər 4 BÜRCÜ

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

End of content

No more pages to load

RADİO