“Səhnədə yıxılmaq istəmirəm, çıxış etmək istəyirəm, inşallah xəstəlik məndən əl çəkər” - FOTOLAR

“Hər dəfə danışanda qorxurdum ki, çıxışımı dayandıra bilərlər, çünki protokolsuz danışırdım”
 
 
“Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində teatr forumunun keçirilməsi hər birimizə böyük sevinc bəxş etdi. Mənim üçün xüsusi sevinc oldu. Mən nəhayət ki, teatr sözünü gördüm, oxudum. Bildim ki, bu incəsənət aləmində professional əli var. İncəsənəti tanıyanlar, musiqini, teatrı, kinonu bilənlər var. Teatr forumu çox yüksək şəraitdə keçdi. Hər dəfə forumda yaxud teatra hərs olunmuş tədbirlərdə problemlər ortaya qoyulsa, hər kəs öz üzərinə düşəni yerinə yetirsə, aktyorların inkişafı, rifahı naminə böyük iş görmüş olarıq”.
 
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Afaq Bəşirqızı deyib.
 
 
“Mənim üçün əsas odur ki, dediyim söz yerdə qalmasın. Allaha çox şükülər olsun ki, biz cənab prezidentlə görüşəndə ona teatrın bəzi problemlərini çatdıra bildim. Hər dəfə danışanda qorxurdum ki, çıxışımı dayandıra bilərlər, çünki protokolsuz danışırdım. Lakin buna baxmayaraq cənab prezident mənə o qədər diqqətlə qulaq asdı ki, 10 gündən sonra iki teatra akademik status verdi, aktyorların maaşı bir neçə dəfə artdı. Cənab prezident bütün bu problemlərə qulaq asan insandır. Çünki onun aktyorlara, incəsənətə çox böyük hörməti var. Amma bütün teatrlar akademik status almadı. Elə əyalət teatrlarının aktyorları var ki, 150-170 manat maaş alır. 50 faiz artanda onun üstünə cəmi bir neçə manat gəlir. Yenə də aktyorun  ehtiyacı var. Bu dəfə həmin əyalət teatrlarının aktyorlarını nəzərə alıb danışdım. Mən çoxdandır deyirəm ki, aktyorlar üçün torpaq sahəsi ayrılmalıdır. Həmin o torpaq sahəsini qəsəbə şəkilində düzəldib, aktyorlara çox da baha olmayan evlər tikmək lazımdır. Mən bilirəm ki, onların özləri də gedib kömək edərlər. Mən Gənc Tamaşaçılar Teatrının aktyoru Anar Seyfullayevi misal çəkdim. Ailəsi Biləsuvarda olur, özü burada teatrda çalışır, o qədər də yüksək olmayan maaşla həm qoca ana-atasını, həm də 3 övlad və yoldaşını saxlayır. Özü də gəlib Bakıda gecəqonduda yaşayır. Nə qədər imkanım varsa çalışacam ki, səsimi onlara çatdırım. Neçə vaxtdır deyirəm ki, aktyorlara qəbirstanlıq ayrılsın. Teatr forumunda bu problemlərə də toxundum” deyə sənətkar bildirib.
 
10551111055110
 
 
 
 
Afaq Bəşirqızı bildirib ki, səhhəti ilə bağlı olaraq hələ ki, teatra qayıda bilmir.
 
 
“Çox istəyirəm səhnəyə, teatra qayıdım. Amma mən səhnədə çıxış etmək istəyirəm, yıxılmaq yox. Həkimlərimə çox inanıram, onların hamısına çox təşəkkürümü bildirirəm. Bu gün həkimim, Kəpəz klinikasında çalışan fizioterapevt Gülnar Əhmədlinin yanına getdim. Mənə çox diqqət və qayğı göstərir. Əgər mənim 70 faiz sağalmağa ümidim var idisə, indi 150 faiz olub. Çünki doktorum çox mülayimdir, peşəkardır. Çox ümidim var ki, bu xəstəlikdən birdəfəlik qurtulacam” deyə sənətkar bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

End of content

No more pages to load

RADİO