"ABŞ Ukraynaya ATACMS uzaq mənzilli raketlər verməyəcək"

"ABŞ-ın başlıca məqsədi üçüncü dünya savaşına aparıb çıxaracaq hərbi əməliyyatlara yol verməməkdir..."
 
"Ukrayna cari ildə Rusiya SQ-ni öz ərazilərindən sıxışdırıb çıxara bilməyəcək, amma ukraynalılar mənəvi üstünlüyə malikdir..."
 
ABŞ hələlik Ukraynaya ATACMS uzaq mənzilli raketlər verməyəcək, lakin ukraynalı hərbçilərin imkanlarının genişləndirilməsinə yardım edəcək digər variantlar nəzərdən keçirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri qərargah rəisləri Birləşmiş komitəsinin rəhbəri general Mark Milli "Defence one" nəşrinə müsahibəsində deyib.
 
Generalın sözlərinə görə, Amerika komandanlığı kifayət qədər, lakin müəyyən həddə uzaq mənzilli raket ehtiyatına malikdir, bu da belə raketlərin Ukraynaya verilməsi imkanlarını məhdudlaşdırır.
 
"Bu, siyasi qərardır və bu mənada mən gələcək üçün vəd etməzdim, - Milli nədən Vaşinqton uçuş məsafəsi 300 km-dək olan ATACMS ballistik raketlərini Kiyevə verməyəcəyini izah edib. - Lakin hərbi nöqteyi-nəzərdən hücum lazım olanda bizim uzaq mənzilli raketlərimiz azdır. Biz öz arsenalımızda kifayət qədər ehtiyatı təmin etməliyik".
 
Bu zaman Millinin dəyərləndirməsinə görə, uçuş məsafəsinin uzaq olması döyüş meydanında heç də həmişə həlledici amil deyil.
 
O, vurğulayıb ki, bir uzaq atəş müddətində "qısa məsafəyə də olsa, müxtəlif hədəflərə altı atəş icra etmək olar". General deyib ki, başqa sistemlər də, o cümlədən Britaniyanın pilotsuz uçuş aparatları da bu vəzifələrin öhdəsindən gələ bilir.
 
"Elə sistemlər var ki, ATACMS kimi uzaq məsafəyə atəşləri təmin edə bilir, - Milli qeyd edib. - Silahın uzaq məzilli olması ilə bağlı, düşünürəm ki, ATACMS-ın nəyi edib-edə bilməyəcəyi barədə bir qədər şişirdilib.
 
США не будут передавать Украине ATACMS: рассматривают другие варианты, – генерал Милли
 
Məsələn, GMLRS altı atəş icra edir, ATACMS bir atəş. İndi ATACMS-ın diapazonu çoxdur, lakin bu diapazonu əldə etmək üçün digər sistemlər də var. Məsələn, britaniyalılarda olan bir cüt PUAlar bunu edə bilər".
 
Bundan başqa, general Milli güman edib ki, Ukrayna Silahlı Qüvvələri yaxın perspektivdə prezident Vladimir Zelenskinin qarşıya qoyduğu hərbi vəzifəni icra etməyə müvəffəq olmayacaq, cari ildə, böyük ehtimalla, Rusiya Silahlı Qüvvələrini öz ərazilərindən sıxışdırıb çıxara bilməyəcək.
 
"Mən demirəm ki, bunu etmək mümkün deyil, - general vurğulayıb. - Mən, sadəcə, deyirəm ki, bu, çox mürəkkəb məsələdir. Amma bu, onların hədəfidir. Onların, heç şübhəsiz, buna haqqı var, bu, onların ölkəsidir. Onlar hazırda mənəvi üstünlüyə malikdir".
 
Xəbər verildiyi kimi, martın 19-da Pentaqon rəhbəri Lloyd Ostin USQ-nin Rusiya təcavüzü ilə mübarizə aparması üçün ehtiyacı olan əsas silah tiplərini açıqlayıb. 
 
"Hazırda ukraynalıların başlıca tələbatı hava hücumundan müdafiədir. Bu, döyüş meydanında kritik zərurətdir. Onlara həmçinin uzaq mənzilli silah və zirehli texnika lazımdır, - Ostin bəyan edib. - Və biz onlara xeyli belə imkanlar paketi təqdim edirik. Biz həmçinin onlara təlim keçirik və verilən silahın təminatına zəmanət veririk".
 
ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynanın əkshücum şanslarını "çox yaxşı" adlandırıb. Pentaqon rəhbəri hesab edir ki, USQ uğur qazanacaq, çünki Rusiya qoşunları xeyli tükənib. Bundan başqa, Ukrayna Qərb silahını əldə edib və bu, gələcək qarşıdurmada kömək edəcək.
 
2022-ci ildə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib ki, ABŞ Ukraynaya HIMARS yaylım atəşli reaktiv sistemləri üçün ATACMS seriyasından olan idarə edilən operativ-taktiki ballistik raketləri tədarük etməyəcək.
 
"Müəyyən şeylər var ki, prezident Bayden tədarük etməyə hazır deyil, - o zaman Sallivan deyib. - Bunlara uçuş məsafəsi 300 km olan ATACMS uzaq mənzilli raketlər aiddir".
 
O, həmçinin qeyd edib ki, ABŞ Ukraynaya dəstək vermək və müdafiə etmək üçün bütün zəruri olanları edir, lakin onların məqsədi üçüncü dünya savaşına aparıb çıxaracaq hərbi əməliyyatlara yol verməməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Yelo Bank” tətbiqi çökdü – FOTOFAKT

“Yelo Bank” tətbiqi çökdü – FOTOFAKT

Marsı yaşayış üçün yararlı etmək mümkündürmü? - Alimlər cavab axtarırlar

Marsı yaşayış üçün yararlı etmək mümkündürmü? - Alimlər cavab axtarırlar

Ceyhun Bayramov Polşaya GETDİ

Ceyhun Bayramov Polşaya GETDİ

Yenidənqurma işləri aparılan Yevlax–Bərdə dəmir yolunda son vəziyyət – VİDEO

Yenidənqurma işləri aparılan Yevlax–Bərdə dəmir yolunda son vəziyyət – VİDEO

“Zevs”in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi

“Zevs”in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi

Moskva vilayətində yeniyetmələrə yanacaq satışı qadağan edildi

Moskva vilayətində yeniyetmələrə yanacaq satışı qadağan edildi

“AccessBank” və “ExpressBank”da da problemlər yarandı – FOTOFAKT

“AccessBank” və “ExpressBank”da da problemlər yarandı – FOTOFAKT

Trampdan XƏBƏRDARLIQ – “Bu məlumat yalandırsa, danışıqlar dərhal dayandırılacaq” – FOTO

Trampdan XƏBƏRDARLIQ – “Bu məlumat yalandırsa, danışıqlar dərhal dayandırılacaq” – FOTO

Həbsdən əvvəl "Kalaşnikov"u Bakıda torpağa basdıraraq gizlədibmiş - BİRGƏ ƏMƏLİYYAT

Həbsdən əvvəl "Kalaşnikov"u Bakıda torpağa basdıraraq gizlədibmiş - BİRGƏ ƏMƏLİYYAT

Moskva Neft Emalı Zavodu ilin sonunadək fəaliyyətini bərpa edə bilməyəcək

Moskva Neft Emalı Zavodu ilin sonunadək fəaliyyətini bərpa edə bilməyəcək

ABB istifadəçilərinə xəbərdarlıq: Vəsaitlər silinir – FOTOFAKT

ABB istifadəçilərinə xəbərdarlıq: Vəsaitlər silinir – FOTOFAKT

Yenə boşanma söhbəti: Mədət Quliyevin xanımından cavab gəldi – FOTO

Yenə boşanma söhbəti: Mədət Quliyevin xanımından cavab gəldi – FOTO

Türkiyə – Paraqvay oyunu yenidən keçiriləcək? – FİFA-dan cavab

Türkiyə – Paraqvay oyunu yenidən keçiriləcək? – FİFA-dan cavab

Ermənistandan Rusiyaya qarşı NÖVBƏTİ ADDIM

Ermənistandan Rusiyaya qarşı NÖVBƏTİ ADDIM

Rusiyada orduya qoşulmaq istəyənlərin sayı KƏSKİN AZALIB

Rusiyada orduya qoşulmaq istəyənlərin sayı KƏSKİN AZALIB

Meloni Trampla yaşanan mübahisə fonunda İtaliya-ABŞ münasibətlərindən danışdı – VİDEO

Meloni Trampla yaşanan mübahisə fonunda İtaliya-ABŞ münasibətlərindən danışdı – VİDEO

Fələstindən İsrailə doğru qazılan yeraltı tunel aşkar edildi – FOTO/VİDEO

Fələstindən İsrailə doğru qazılan yeraltı tunel aşkar edildi – FOTO/VİDEO

Plana düşən evlərlə bağlı YENİ TƏKLİF – Əlavə kompensasiya verilə bilər

Plana düşən evlərlə bağlı YENİ TƏKLİF – Əlavə kompensasiya verilə bilər

Epşteyn Bill Qeytsi rus qızları ilə şantaj edirmiş – Adları AÇIQLANDI

Epşteyn Bill Qeytsi rus qızları ilə şantaj edirmiş – Adları AÇIQLANDI

Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu –Foto

Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu –Foto

"Bayraktar TB2" Qara dənizdə Rusiyanın kamikadze dəniz dronunu məhv etdi – VİDEO

"Bayraktar TB2" Qara dənizdə Rusiyanın kamikadze dəniz dronunu məhv etdi – VİDEO

“Kristal”ın “Biləcəri” və “Park Xırdalan” layihələrində sərfəli mənzil satışları davam edir!

“Kristal”ın “Biləcəri” və “Park Xırdalan” layihələrində sərfəli mənzil satışları davam edir!

Turizm şirkətləri qatar biletlərini necə əldə edir? – ARAŞDIRMA

Turizm şirkətləri qatar biletlərini necə əldə edir? – ARAŞDIRMA

200-ə yaxın qiymətləndirici AQP reyestrinə daxil edilib

200-ə yaxın qiymətləndirici AQP reyestrinə daxil edilib

End of content

No more pages to load

RADİO