"Test üsulu ilə qəbul mütləq qalmalıdır, amma..."

5 və 12 Mart tarixlərində keçirilən buraxılış  imtahanlarına salınan suallar bir çoxlarında ciddi narazılığa səbəb olub. Sosial şəbəkələrdə ciddi rezonans yaradan bu məsələlərdən biri də hətta  test imtahan üsulunun birdəfəlik ləğv edilməsi ilə bağlı fikirlərdir.

 

“Nəticədə, çoxsayda savadlı gəncin tələbə adı almasına şərait yarandı”

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən deputat Aydın Mirzəzadə deyilənlərin əksinə olaraq, test üsulunu yüksək qiymətləndirib:

 

 “Ölkəmizdə test imtahanı çox böyük müsbət nəticələrə gətirib çıxardı. Subyektivliyi, imtahanın gedişinə müdaxiləni sıfıra endirdi. Nəticədə, çox sayda savadlı gəncin tələbə adı almasına şərait yarandı. Bu gün ali məktəblərdə dərs dediyim, test üsulu ilə qəbul olunan tələbələrin doğrudan da yüksək hazırlığını görürəm.

 

Dünyanın aparıcı ölkələrində test üsulu var və bu, qalmalıdır. Qəbul imtahanını sırf test üsulu üzərində qurmaq da düzgün deyil. Hesab edirəm ki, testi baza kimi saxlamaqla canlı danışıq, müsahibə də universitetlərə qəbul olunan zaman mühüm rol oynamalıdır. Bu gün universitetlər yaxşı tələbə uğrunda mübarizə aparmalıdırlar. Onlar yaxşı, savadlı, hazırlıqlı, ixtisasa maraq göstərən tələbələri cəlb etmək üçün bütün imkanlardan istifadə etməlidirlər. Bu baxımdan, həm test üsulunun nəticələri, həm də tələbələrlə canlı müsahibələri də vacib hesab edirəm. Onu da qeyd edim ki, müsahibələrin hansısa qapalı şəraitdə deyil, ictimaiyyətin, mətbuatın, hətta valideynlərin iştirakı ilə keçirilməsi daha məqsədəuyğun olardı”.

 

Şagirdlər 6-7-ci sinifdən ancaq öz ixtisas qrupları üzrə hazırlaşır, qalan fənlərə etinasız yanaşırlar...

 

A.Mirzəzadə açıqlamasında gənclərin öz seçdikləri ixtisasları xaricindəki biliklərə də  yiyələnmələrinin vacibliyindən söz açıb:

 

“Gəncləri gələcəyə hazırlamaq  üçün ümumi biliklərə malik olmağın vacibliyini mütləq təbliğ etmək lazımdır. Şagirdlər 6-7-ci sinifdən ancaq öz ixtisas qrupları üzrə hazırlaşır qalan fənlərə etinasız yanaşırlar. Nəticədə, sabah biz hansısa ixtisas üzrə savadlı bir mütəxəssis, ancaq ümumi biliklərdən təcrid olunmuş vətəndaş görəcəyik.  Bu mütəxəssis sabah dövlətin idarəsində, təmsil edilməsində iştirak edə  bilər. Bu gün əgər bir  hüquqşünasın  kimya, riyaziyyat astronomiya haqda məlumatı yoxdursa, yaxud da mühəndisin ədəbiyyatdan, tariximizdən, dövlət  quruluşundan  xəbəri olmadıqda o hansı bilik baqajı ilə ölkəni təmsil edəcək?  Bu sahədə işlənəsi məsələlər çoxdur”.

 

Rəna Nəbi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

End of content

No more pages to load

RADİO