“İrandakı səfirliyimizdə qəhrəmanlıq göstərən şəxsin qohumum olduğunu bilmirdim...”

“Onlara baxmaqdan gözümüz mazol olub”
 
İrandakı səfirliyimizdə terroristi zərərsizləşdirən Vasif Tağıyev xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimovanın yaxın qohumudur.
Aktrisa bunu Moderator.az-a açıqlamasında deyib.
“Azərbaycanın İrandakı səfirliyində hücum zamanı terroristi zərərsizləşdirən şəxs anamın dayısı nəvəsidir. Vasif Anamın Sərhəd adlı dayısının oğlu, yəni Natiqin oğludur. O dayım anamdan bir-iki yaş böyük idi, demək olar ki, onunla yaşıd idilər. Ona görə də elə biz də ona dayı deyirdik. Şuşada ən çox gedib-gəldiyimiz ev Sərhəd dayının evi idi. Düzdür, anamın xalalarıgilə də gedib gəlirdik tez-tez. Qəmər xala, Rəna xala var idi. O biri dayısıgilə də gedirdik. Sərhəd dayı ilə evlərimiz də yaxın idi. Onların uşaqları ilə də tay-tuş idik deyə bizə daha maraqlı idilər. Sərhəd dayı bizə həmişə qışın günündə sürprizlər edirdi. Bir də görürdün, elə bir meyvə verib ki, onu qışda tapmaq mümkün deyil. Biz də sevinirdik. Sərhəd dayı dünyasını dəyişəndən sonra da ailəsi ilə bu günə qədər münasibətlərimiz qalırdı. Televizorda görəndə ki, bir şəxs səfirliyimizdə qəhrəmanlıq göstərib, çox sevindim! Heç bilmədim ki, dayımın nəvəsidir. Allaha yalvarırdım, dua edirdim ki, Allahım, sən özün bu uşağa kömək ol. Həm də qürur hissi keçirdim ki, gör bizdə necə qoçaq, qəhrəman övladlar var ki, terroristlə əlbəyaxa olub. Bacım Nərgiz dedi ki, o şəxs Şuşada hansısa müəllimin nəvəsidir. Sonra qardaşım da zəng edib dedi ki, Sərhəd dayının nəvəsidir. Tez zəng edib, danışdıq. Araya bu zəlzələ düşdü, özümü ələ-ala bilmirdim. Hətta yemək yeyəndə belə vicdan əzabı çəkirdim. Vasif də xəstəxanada idi, bir az müalicə aldı. Özüm dedim ki, gəlib-gedəniniz çoxdur, bir az seyrəklik olsun, sonra gələrəm. Mən qapalı məkanlara getmirəm, həkimim icazə vermir. Pandemiyadan sonra həkim mənə tapşırıq verib ki, heç yerə gedib-gəlmə. Vaxt edib Vasiflə görüşə getdim. Çox sevindilər, dayımın qızını, oğlanlarını, nəvə-nəticələrini gördüm. Demək olar ki, qohum-əqrabanın yarısı orada idi. Guya dedim ki, əziyyət verməyim, gedib 1 saat oturub gəlim. 1 saat oldu 4 saat. Qapılarına ancaq bundan sonra xeyir işlərə gedim. Fəxr edirəm ki, Vasif kimi balamız var. Həqiqətən də o əsl qəhrəmandır. Allah bütün balaların canını sağ etsin, bizi onlardan sevindirsin” deyə sənətkar bildirib.
Xalq artisti bəzi jurnalistlərdən gileyini də gizlətməyib.
 
“Bir xəbərin üstündə dayananda, onu loru dildə desək “çürüdəndə” əsəb keçirirəm. Öz-özümə deyirəm ki, başqa şeydən danışın da, o mövzu daha köhnəldi. Çünki elə xəbərlər var ki, mənə pis təsir edir. Pandemiyada koronavirus xəstəliyindən ölənlərin sayını oxuyanda çox pis olurdum. Müasir jurnalistlərimizin bəzilərindən həqiqətən də gileyliyəm. Bəzən görürsən ki, sən ürəyini açıb, hər şeyi danışırsan, yazıya götürüb elə başlıq qoyur ki, dəhşətə gəlirsən. Xəbəri açıb oxuyuram, görürəm ki, heç o başlığın yazıya heç bir aidiyyatı da yoxdur. Bəlkə də reytinq xatirinə edirlər. Bəzən də maraqlı suallarla müraciət edən jurnalislər olur. Mən də maraqlı cavab verirəm. Bu sənəti sevməkdən asılıdır. Gərək hər kəs öz peşəsinin peşəkarı olsun. Bir də nə xoşuma gəlmir?! Allah etməsin ki, kimsə kiminləsə qalmaqal etsin. Bunu daha nə qədər şişirdib, yayırlar. Onlara baxmaqdan gözlərimiz mazol olur. O qədər istedadlı gənclərimiz var ki, onları çox nadir hallarda işıqlandırırlar. Cılız mövzulardan daha çox yapışırlar” deyə sənətkar bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evdə meyitləri tapılan kişi və arvadının qətlinin TƏFƏRRÜATI

Evdə meyitləri tapılan kişi və arvadının qətlinin TƏFƏRRÜATI

Vəhşi təbiətə 20 min “samuray arısı” buraxıldı - FOTO

Vəhşi təbiətə 20 min “samuray arısı” buraxıldı - FOTO

Valideynlərin NƏZƏRİNƏ: Məktəb seçimi bu tarixdən başlayır

Valideynlərin NƏZƏRİNƏ: Məktəb seçimi bu tarixdən başlayır

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq - FOTO

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq - FOTO

Növbəti NATO sammitinin harada keçiriləcəyi SUAL ALTINDA qaldı

Növbəti NATO sammitinin harada keçiriləcəyi SUAL ALTINDA qaldı

Tramp: “Xark adasını nəzarətə götürə bilərik”

Tramp: “Xark adasını nəzarətə götürə bilərik”

Avropa ölkələrindən Azərbaycana 306 nəfər geri qaytarıldı

Avropa ölkələrindən Azərbaycana 306 nəfər geri qaytarıldı

Evlərə dolan yağış suları belə təmizləndi - VİDEO

Evlərə dolan yağış suları belə təmizləndi - VİDEO

Tramp: Bu gün Putinə zəng edəcəm, o da müharibəni bitirmək istəyir – VİDEO

Tramp: Bu gün Putinə zəng edəcəm, o da müharibəni bitirmək istəyir – VİDEO

Murakami: “Süni intellekt heç vaxt yaxşı kitab yaza bilməz”

Murakami: “Süni intellekt heç vaxt yaxşı kitab yaza bilməz”

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

Ölkəmizdə dələduzluq piramidası quran malayziyalılara qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Ölkəmizdə dələduzluq piramidası quran malayziyalılara qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

Daşkənddə dini sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu – FOTO

Daşkənddə dini sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu – FOTO

İranın Bəhreynə dəhşətli zərbəsi: darmadağın etdi - Video

İranın Bəhreynə dəhşətli zərbəsi: darmadağın etdi - Video

Tankerlər Hörmüz boğazından keçməkdən imtina etdi

Tankerlər Hörmüz boğazından keçməkdən imtina etdi

Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs belə xilas edildi – ANBAAN VİDEO

Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs belə xilas edildi – ANBAAN VİDEO

Tramp: “Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik” – VİDEO

Tramp: “Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik” – VİDEO

Ukrayna ordusu Rusiya təyyarəsini məhv etdi - FOTO

Ukrayna ordusu Rusiya təyyarəsini məhv etdi - FOTO

Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürdü, digəri...

Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürdü, digəri...

Ağstafada sel suları evlərə doldu – VİDEO

Ağstafada sel suları evlərə doldu – VİDEO

Ankara sammiti: NATO-nun yeni "3.0" dövrü və Ukraynaya dəstək

Ankara sammiti: NATO-nun yeni "3.0" dövrü və Ukraynaya dəstək

Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

NATO-nun Ankara Bəyannaməsi qəbul edildi – TAM MƏTN

NATO-nun Ankara Bəyannaməsi qəbul edildi – TAM MƏTN

End of content

No more pages to load

RADİO