“Ölkələr payızda gücləndirilmiş kampaniyalara başlayarkən COVID-19-un Omikron variantının peyvəndlərdən yayına bilən yeni subvariantı ortaya çıxa bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə COVID-19 əleyhinə hazırlanan “Pfizer” vaksininin təsisçisi türk alim Uğur Şahin “Financial Times”a müsahibəsində bildirib.
O, yeni dalğanın qarşısını almaq üçün səlahiyyətliləri alt varianta qarşı yaratdıqları peyvəndin təsdiq prosesini sürətləndirməyə çağırıb:
“Yeni peyvəndlərin kütləvi istehsala keçməsi üç aya qədər çəkə bilər. Əlavə klinik sınaqlara ehtiyac olmadan peyvəndi ən son məlumatlara uyğunlaşdırmaq imkanının olması faydalı olardı”.
Bizim.Media