“Sputnik V” peyvəndi mutasiyaya uğramış “COVID-19”un yeni növünə qarşı təsirlidir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) prezidenti Kirill Dmitriyev bildirib.
O deyib ki, “Sputnik V” İngiltərədə ortaya çıxan virus daxil olmaqla, bütün koronavirus mutasiyalarına qarşı təsirli olacaq.
“Bu, Qamaleya Araşdırma Mərkəzi ilə qiymətləndirmələrimizə əsaslanır. “Sputnik V”nin əvvəlki modifikasiyalarla, S-proteinlə çox yaxşı və keyfiyyətli bir şəkildə mübarizə apardığını gördük",- deyə Dmitriyev vurğulayıb.
Bizim.Media