Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4273 yeni yoluxma faktı qeydə alınıb, 4164 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə,analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 183 259 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 119 005 nəfər müalicə olunaraq sağalıb, 2 007 nəfər vəfat edib, aktiv xəstə sayı 62 247 nəfərdir.
Bizim.Media