“Pfizer” şirkətinin koronavirus əleyhinə istehsal etdiyi peyvənd bir neçə həftə ərzində qiymətləndiriləcək.
Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilib.
Qeyd edilib ki, ÜST-ün komissiyası şirkətin sənədlərini nəzərdən keçirəcək. Onlar peyvəndin effektivlik dərəcəsi qiymətləndirəcəklər.
Nəticələr barədə ictimaiyyətə açıqlama veriləcək.
Bizim.Media