Azərbaycan Respublikasında koronavirus infeksiyasına 4387 yoluxma faktı qeydə alınıb, 3133 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 154 min 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 93 min 411 nəfər müalicə olunaraq sağalıb, 1713 nəfər vəfat edib. Aktiv xəstə sayı 59028 nəfərdir.
Bizim.Media