Təyyar Eyvazov: “Epidemioloji durum pisləşməkdə davam edir”

“Aparılan karantin tədbirlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, yoluxmaların sayı artdıqca istənilən şəxsin yaşadığı, işlədiyi yerdə, xüsusən də müxtəlif fəaliyyətlə bağlı qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır:

“Vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu bilən və ya ən azı güman edən, xəstələrlə təmasda olan şəxslər də özlərini təcrid qaydalarına etinasız yanaşaraq həm yaxınlarını, həm də evdən bayıra çıxmaqla digərlərinin həyatını təhlükəyə atırlar.

Belə məsuliyyətsiz insanlara bir daha onu demək istərdik ki, bu yolverilməzdir və yoluxma zənciri böyüdükcə infeksiya bumeranq effekti ilə qayıdaraq bu dəfə sizlərin ən əziz insanlarını da qurban seçə bilər.

Məhz belə bir şəraitdə fərdi qoruyucu vasitələrdən düzgün və hamılıqla istifadə edərək maksimum yararlanmaq çox vacibdir. Bilmək lazımdır ki, heç bir şəxs bu infeksiyaya yoluxmadan sığortalı deyil. Ona görə də özümüzü qorumaqla həm yaxınlarımızı, həm də bütünlükdə xalqımızı qorumuş olarıq”.

T. Eyvazov qeyd edib ki, virusa yoluxmuş və xəstələnmiş insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir:

“Bu bir çoxlarında belə təəssürat yaradır ki, hər şey müvəqqəti və fəsadsız keçib gedəndir. Onlar həkimə müraciət etmədən və ya müxtəlif qeyri-peşəkar və ya ümumiyyətlə tibb təhsili olmayan və xəstəliyi yüngül keçirərək qurtulmuş şəxslərdən müxtəlif məsləhətlər, o cümlədən müalicəvi tövsiyələr alaraq bunları icra edirlər.

Təbii ki, bu tövsiyələr xəstənin vəziyyətinə adekvat olmadığından bir çox hallarda ziyanlı olur. Xüsusən də evdə antibiotiklərdən, hormonal preparatlardan, yüksək dozalı müxtəlif vitamin preparatlarından, infuzion mayelərdən tibbi göstərişlər olmadan və nəzarətsiz istifadə olunması fəsadlara yol açaraq faciəvi sonluqla bitə bilər.

Ona görə də ən düzgün yol özündə hərarətin yüksəlməsi, əzginlik, zəiflik, əzələ ağrıları, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər hiss edən şəxs mütləq qaydada yaşadığı ərazi üzrə sahə həkiminə ilk olaraq telefonla müraciət etməli, yalnız həmin həkimlərdən aldığı lazımi və düzgün olan tövsiyələri icra etməlidir.

Belə şəxs birinci növbədə evdə özünü təcrid etməli, maska geyinməli, digər ailə üzvlərinin də maskadan istifadə etməsinə, evdaxili təmasların minimallaşdırılmasına, otaqların tez-tez havalandırılması və s. kimi qoruyucu tədbirlərin əməl olunmasına nail olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Ağsuda iki evdə yanğın oldu

Ağsuda iki evdə yanğın oldu

61 yaşlı qadın zəhərlənərək öldü

61 yaşlı qadın zəhərlənərək öldü

Sumqayıtda tonqalda xəsarət alanların kimliyi AÇIQLANDI - SİYAHI/VİDEO

Sumqayıtda tonqalda xəsarət alanların kimliyi AÇIQLANDI - SİYAHI/VİDEO

Həkim dərmansız iki həftəyə yuxunu necə yaxşılaşdırmağın yolunu açıqladı

Həkim dərmansız iki həftəyə yuxunu necə yaxşılaşdırmağın yolunu açıqladı

Amerikalı jurnalist Ukraynaya qarşı döyüşəcək - Rusiya MN ilə müqavilə imzalayıb

Amerikalı jurnalist Ukraynaya qarşı döyüşəcək - Rusiya MN ilə müqavilə imzalayıb

İran Trampın 48 saatlıq ultimatumuna CAVAB VERDİ

İran Trampın 48 saatlıq ultimatumuna CAVAB VERDİ

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Ərəb monarxiyaları İranla müharibəni seçir

Ərəb monarxiyaları İranla müharibəni seçir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Tramp: “İran artıq razılaşma istəyir”

Tramp: “İran artıq razılaşma istəyir”

End of content

No more pages to load

RADİO