Düzgün gün eynəyini necə seçmək olar? – Həkimdən VACİB MƏSLƏHƏTLƏR 

Gün eynəkləri düzgün seçilmədikdə görmə problemi yarada bilər. Keyfiyyətli eynəyi necə seçmək lazım olduğunu isə çox insan bilmir. Bəziləri qiymətə önəm verərək bahalı eynək alır, bəziləri isə həkim məsləhəti ilə seçim etməyi üstün tuturlar. 

Bəs, keyfiyyətli gün eynəyi necə seçmək lazımdır ki, gözümüzə əks təsir göstərməsin?  

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında cərrah-oftalmoloq Leyda Kazımova bir neçə mühüm detala aydınlıq gətirib. 

Onun sözlərinə görə, günəş eynəkləri vacib olsa da, optikadan alınmadıqda və ya qiyməti çox aşağı olduqda, keyfiyyətsiz şüşələrdən hazırlananda  gözdə bir çox problemlərə səbəb ola bilir: 

“Qarşıdan gələn isti havalar hər kəsi vadar edir ki, insanlar gün eynəyi taxsınlar. Çünki bunun üçün bir neçə mühüm səbəb var. Bizim qorxduğumuz və hər zaman gözlərimizi qorumalı olduğumuz mavi şüaların əsas mənbəyi günəşdir. Ona görə insan gözlərini birbaşa günəşin ultrabənövşəyi şüasından qorumalıdır.  

Amma bəzən seçdiyimiz gün eynəkləri nəinki kömək edir, bəzən də çox mənfi təsir bağışlayır. Eynək seçimində bəzi şeylərə diqqət yetirmək lazımdır. Bəzi tünd eynəklər ultrabənövşəyi şüanın qarşısını almırlar. Tünd şüşələr bir mənada insan gözünün bəbəyini genişləndirir ki, belə olan halda ətrafdakı günəş və ya süni işıq gözümüzə daha çox düşür.  

Bu zaman bəbək gen olur və birbaşa ultrabənövşəyi şüa üçün acıq bir mühit yaradır. Sanki qara şüşə onun qarşısını almalıdır, amma almır. Bununla da gözə normadan daha çox günəş şüası düşür və gözün görmə sahəsi, sarı ləkə zədələnir, buynuz qişanın ön hissəsi zədələnir, qismən də olsa, yanıq əmələ gəlir, sarı ləkədə insanın fotoreseptr, yəni görən hüceyrələr, kökcüklər və kolbacıqlar zədələnir. Nəticə olaraq insanın bir müddət sonra görməsi zəifləyir”. 

Həkim keyfiyyətsiz günəş eynəklərini ayırd etmənin yollarından da danışıb: 

“Günəş eynəyini gözə taxarkən, insanın həmin an diskomfort hissi yaranır, yer ayağının altından qaçır, düz xətləri əyri, balaca bir elementi böyük və ya əksinə görə bilər. Yəni, bu cür keyfiyyətsiz görmə varsa, biz burda keyfiyyətsiz şüşələrdən danışa bilərik. Gözlər yaşara, qızara bilər, baş ağrıları yarana bilər. 

Ancaq biz keyfiyyətli eynək seçərkən yalnız onun şüşələrinə deyil, tam çərçivəyə də diqqət yetirmək lazımdır ki, burun nahiyələri, qulaq arxasında ağrı və gərginlik yaratmasın. Günəş eynəyi almazdan öncə məsləhət görərdim ki, insanlar görmələrini yoxlasınlar.  

Əgər şəxs görmə vəziyyətindən xəbərdardır və optik problemi varsa, bu zaman optik şüşələrin xameleon olmasına önəm versinlər. Çünki bu zaman qapalı məkanlarda eynəyimiz şəffaf,  günəşli havada olduğumuz zaman şüşələr tündləşəcək. Bununla da gözlərimizi qoruya biləcəyik və 2-3 eynək taxmağımıza ehtiyac olmayacaq”. 

Leyda Kazımova düzgün keyfiyyətli eynəkdən istifadənin hər yaş qrupu üçün məsləhət görüldüyünü qeyd edib: 

“3 yaşından başlayaraq günəş eynəyi taxmaq olar. Yay fəsli dəniz sezonu olduğu üçün yaxşı olar ki, insanlar təkcə günəş əleyhinə deyil, hovuz və dənizə daxil olarkən də su əleyhinə eynək taxsınlar. Çünki gözlərimizi təkcə ultrabənövşəyi şüalardan deyil, eyni zamanda yad cisimdən, kimyəvi elementlərdən və gözün bütövlüyünu anatomik quruluşuna təsir edən və nəticədə fizioloji funksiyalarını yerinə yetirməyə mane olan hər bir faktordan qorumalıyıq”. 

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Özbəkistan əhalisinin sayı 39,5 milyonu ötdü

Özbəkistan əhalisinin sayı 39,5 milyonu ötdü

Avro və rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro və rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

Ötən həftə 4 nəfərin meyiti tapılıb

Ötən həftə 4 nəfərin meyiti tapılıb

Azərbaycan Basketbol Liqası: III turun bu gün oyunu var

Azərbaycan Basketbol Liqası: III turun bu gün oyunu var

Kiyevə dron hücumu: İki metro stansiyası bağlandı – ÖLƏN VAR - FOTO/VİDEO

Kiyevə dron hücumu: İki metro stansiyası bağlandı – ÖLƏN VAR - FOTO/VİDEO

"Məni Putinlə müqayisə etmək olmaz": Zelenskidən Trampın sözlərinə SƏRT REAKSİYA

"Məni Putinlə müqayisə etmək olmaz": Zelenskidən Trampın sözlərinə SƏRT REAKSİYA

Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?

Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?

Bu həftə üç BÜRC üçün göydən pul yağacaq – Bəxtəvərlər siyahısında kimlər var

Bu həftə üç BÜRC üçün göydən pul yağacaq – Bəxtəvərlər siyahısında kimlər var

Vətən müharibəsinin xronikası: 19 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 19 oktyabr – VİDEO

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Aşağı maaş alanların da əməkhaqqları artacaq - VİDEO

Aşağı maaş alanların da əməkhaqqları artacaq - VİDEO

Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin

Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin

Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi

Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi

“Hər həftə bir ev alırdım“

“Hər həftə bir ev alırdım“

Tramp: “Zelenski müharibənin başa çatmasını istəmir” – FOTO

Tramp: “Zelenski müharibənin başa çatmasını istəmir” – FOTO

Elə havalar gəlir ki… – Sürpriz

Elə havalar gəlir ki… – Sürpriz

Bakının bir hissəsi işıqsız qalacaq – ÜNVANLAR

Bakının bir hissəsi işıqsız qalacaq – ÜNVANLAR

Suriya Dünya Bankı ilə razılığa gəldi - Donor fondu yaradılır

Suriya Dünya Bankı ilə razılığa gəldi - Donor fondu yaradılır

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

End of content

No more pages to load

RADİO