Tanınmış, şair-publisist, Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri sədri Əkbər Qoşalı Moderator.az saytına açıqlamasında ədəbi prosesə təkan verəcək gücdə olan qurumun- AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətini dəyərləndirib. Onun sözlərinə görə, qurumda son illərdə işlər yaxşılığa doğru inkişaf etsə də, bir neçə məqama da diqqətin göstərilməsi ümumi işin xeyrinə olardı
“Akademik İsa Həbibbəylinin başçılıq etdiyi dövrdən bəri Ədəbiyyat İnstitutunun gənclərlə, türkoloqlarla, habelə, ictimai fikirlə işinin ( - başqa sözlə, yaradıcı gənclərlə iş, türkoloji fikrimizə,, vətəndaş institutları ilə işbirliyinə dair çalışmalarının) tərəqqi etdiyini düşünürəm. Ötən il bizim də türk dünyası gənc yazarları ilə bağlı bir ortaq tədbirimiz oldu və bu elm ocağının direktoru başda olmaqla, kollektivimiz ən xoş təəssüratlarla ayrıldı.
Əlbəttə, könül daha çox layihənin həyata keçirilməsini, özəlliklə, müstəqil dövləti olmayan türk xalqlarının ədəbiyyatı ilə bağlı geniş işlərin aparılmasını, uluslararası ilişkilərin genişlənməsini istər; respublika daxilində isə, necə deyərlər, bütün cərəyanlara, bütün ədəbi qurumların çalışmalarına, ədəbi hadisələrə, parlaq istedadların yaradıcılığına ədalətli, əhatəli diqqət göstərilməsi, ümumi işin (ədəbiyyat təsərrüfatımızın) xeyrinə olardı. - Ümidvaram, zamanla bu işlər də öz müsbət həllini tapacaq”x9d.
Elmin Nuri