Qubada "Mütaliə Həftəsi" silsiləsindən: Monoqrafiya, yoxsa Mürşidnamə?

AMEA Tarix İnstitutunun “əməkdaşı”x9d (əslində dissertantı), qubalı şairə Gülarə Aydının tanınmış şair Ramiz Qusarçaylı poeziyasına həsr etdiyi “Məni yaman tutub şeir havası”x9d adlı, 2014-cü ildə çapdan çıxmış kitabında yer alan “monoqrafiya- mürşidnamə”x9dsindən Allah və vicdan mühakiməsinə inanan, bu Vətənə, Millətə layiqli övlad olmaqdan ötrü yaşayan bir qələm adamı kimi, bəhs etməyə bilməzdim.xa0

Əslində, yaradıcı ziyalı sayılan hər bir şəxs heç nəyə gücü çatmasa belə, doğru bildiyi mövqeyi ortaya qoymaqdan çəkinməməli və ya ”x9dbir yazarın əsərlərini daha yaxşı mənimsəmək üçün öncə onun şəxsiyyəti araşdırılmalıdır”x9d. 57 illik həyatının son 25 ili Quba rayon ictimaiyyəti arasında keçən, yəni əksəriyyətin yaxşı tanıdığı bir məmur- şairin “bu xalqın (mənsub olduğu xalqınmı?!) vicdan etalonu”x9d olduğunu iddia etməklə xalqı aşağılayan xanım müəllifə “fil qulağından”x9d çıxıb yazdığlarına şeir və şüar havasında deyil, vicdan və məntiq qovğasında baxmağı tövsiyə edərdim. Çünki, yazıçı- filosof Əlisa Nicat demiş; “istedadlı, hətta dahi olmaq hələ vicdanlı, ləyaqətli xarakterə malik olmaq demək deyil”x9d. Və ya tənqidçi- professor N.Şəmsizadənin etiraf etdiyi kimi “Adi bir yazarı bəzən qaldırıb dağın başına qoyuruğ. Bu gün Azərbaycan ədəbi tənqidi meyarsızlıq sindromu yaşayır”x9d. Ən azı, yaxın tariximizdə “ədəbiyyatımızın vicdanı”x9d adlandırdıqları, yanaşı şəkil çəkdirməkdən ötrü böyründən çəkilmədikləri Ə.Əylislinin “Daş yuxular”x9d riyakarlığı varkən... Mənim də bir vaxtlar sevə-sevə oxuduğum, dinlədiyim “Azərbaycan bayrağı”x9d şeirini əlində bayraq edərək (10 il öncə bayrağı Gülən idi), müasir Azərbaycan poeziyasının mübariz bayraqdarı iddiası ilə ünvanlı- ünvansız həcvlər, mədhlər yazaraq zəhərli cıdanı bədii çuvalda gizlətməyə çalışmaqla özünün girdiyi “bu bataqlıqda”x9d deyil, “içindəki kin yuvası”x9dnda, şöhrətpərəstlik azarında boğulmağa doğru getdiyini nə özü, nə də haqqında məqalə, kitab yazıb “sirat körpüsündən keçirən”x9dlər görmür deyəsən.


Aramızda, “haqqın elçisi”x9d bildiyi Fətulla xocası kimi “ingilis bayrağı”x9d rolunu oynayan bu tanınmış şairi müəllif xanıma və məlumatsız oxuculara tanıtmaq üçün bəzi mətləbləri aydınlatmağ gərəkir. O, ayıq halında ikən məclisdə, çayxanada hörmətli adamlar, millət vəkilləri, yazarlar haqqında “təyinatlı ağsaqqal”x9d, ”x9dfəxri yiyə”x9d, “şöhrət dilənçisi”x9d, “istedadlı bədbəxt”x9d, “ədəbi q....lər”x9d və b. yazılması mümkün olan ayamalar işlədirsə, gör içkili, sərxoş halında necə hədyanlar danışır, şəbədələr qoşur, yalanlar uydurur. Burada, G.Aydının başqa məqaləsində yazdığı - “Mövlana, Nizami, Füzuli, Nəsimi cərgəsində və sözü millətin mənəvi zirehi olan”x9d bu şairlə aralarında ruhi bağlılığ gördüyü əl-Fərabi, ibn-Sina kimi müdriklərin bir məsəli yerinə düşür; “Kim necədirsə o cür danışır, başqa sözlə, insan dilinin altında gizlənmişdir”x9d. Daha çox “Azərbaycan bayrağı”x9d, “Əfəndim”x9d şeirləri və “Eşşəknamə”x9dsi ilə tanınan bu “yüksək statusa layiq”x9d şair 1-ci şeirində bayrağı quşa- “Şuşada sən qonduğun daşa pir deyəcəyəm”x9d, 2-ci şeirində adamı bayrağa- “Sənsən bayrağım daha”x9d bənzətməsini işlədirkən, 3-sündə başqalarını eşşəyə bənzətməklə, bir vaxt “... təpik dəyməmiş bas bayıra”x9d təhqiri müqabilində tərəfimdən özünə verilən- “Bir özündənrazı ədabaz gədə Təpik atmağıyla gəlirkən hədə, Dedim kərəminə şükür İlahi- Şair yaratmısan Sən ki, ulağı”x9d- cavabını ört-bastır etmək cəhdini görürük. Bir də ki, dua yerinə, oxucusuna minnətdarlıq əvəzinə bir kitabını kimlərinsə binəsini, babasını, nənəsini... söyməklə, başqa kitabını da qohum- qardaşını ”x9dpoetik prikola”x9d tutmaqla sonlayan, bir qism ələyrilərə, mənəviyatsızlara qataraq bütün xalqı, vətəni aşağılamağa, qınamağa cürət edən şairdən bundan artıq nə gözləmək olardı ki. Bunlardır “bugünki poeziyamızda sözün şeyxi”x9d olanın “gələcək nəsillərə qoyduğu şərəf mirası”x9d, “bütün poeziyası ilə qurduğu mükəmməl şahlıq”x9d. Və bir də, şəxsiyyəti və yaradıcılığı haqda, Haqqın calalı (qüdrəti) ilə cilvəsinin (ilhamın) fərqini ayırd edə bilməyənlərin yazdığı, böyük H.Cavidə, R.Rzaya belə çox gördükləri şişirtmə təriflər, “vicdan etalonu”x9dnu itirmiş təşbehlər. Kulturoloq Aydın Xanın təbiri ilə desək “bu yazılanlar ədəbi tənqiddən çox “ədəbsiz tərifə”x9d aid edilə bilər”x9d.
“Bir sözə yuz arxın suyunu calayan, hər sözün başına qəddarcasına oyun açan”x9d, bir şeirində özünün kimliyini etiraf etdiyi- “Allahı da mənim kimi adamdan Allah saxlasın”x9d misrasıyla çox güman ki, etiraf mərhələsində ilişib qalan şairin “şeirlərində bir mürşid öyüdü var”x9dmış, “monoqrafiya”x9d müəllifinə görə. “Bir misrasını belə bir nəzəriyyə sayaraq”x9d nümunə gətirdiyi, “Asmışam Vətəni kirpiklərimdən, gözümdən Xocalı, Şuşa tökülür”x9d bənzətməsinin uğursuzluğunu (özünü nə boyda böyük və ya Vətəni nə boyda kiçik saymalısan ki, bu cür bənzətməni işlətməyə cürət edəsən...) görməyən “tanınmış ədəbiyyatşünas”x9dın mürşid, öyüd anlayışlarının daşıdığı məna yükündən xəbərsizliyi görünməkdədir. Sovet-Rus imperiyası zamanı hərbi xidmətdə (dərc etdirdiyi tərcümeyi- halında 18 ildən bəri İH-də işlədiyini yazmağı “unutsa”x9d da, bunu məxsusi qeyd edir...) “şücaətlər göstərən BMP atıcı- operatoru olmuş”x9d R.Qusarçaylı- Həmzəyevin Müstəqillik dövründə Qarabağ savaşına qatılmadan (əslində, burada yazmağa utandığım biabırçı bir əskikliklə yayınıb) “Qaytarın Şuşanı, qaytarın mənə”x9d şeiri kimi, məhrəm, ağrılı mövzuları istismar etməklə “dünyada ən böyük vətənpərvərlik məktəbi”x9d yaratmasını, “Qazi ömrü”x9d yaşamasını, “millətin qəhrəmanlıq abidəsi”x9d olmasını yazması da Gülarə xanımın etdiyi ziddiyyətli, anlaşılmaz “etiraflar”x9ddandır. Müəllif xanımın yazdığından belə çıxır ki, şairin insanları heyvanlara bənzətməsi, “yüzündən doxsanını arvad”x9d sayması bəşəriyyəti sevməsindən, böyük imperiyalar- səltənətlər qurmuş, müstəqil- bağımsız dövlətləri olan türk xalqlarını aşağılayaraq: “uzaq başı türk olaram, mən çeçen ola bilmərəm”x9d yazması, guya “türk işi görən ləzgi”x9d olması bütün türklərə sahib çıxmasından, Türk-İslam dünyasının parçalanmasının, zəifləməsinin səbəbkarlarından olan Sultan Səlimi, Şah İsmayılı nümunə göstərməsi, onlardan imdad diləməsi bütün müsəlmanlara ağlamasından xəbər verirmiş. “Monaqrafiya”x9d nın müəllifi hörmətli G.Aydına və dəyərli oxuculara aydın olsun ki, güya “aristokrat düşüncəsi dünyanın iki qütbünü birləşdirməyə qadir olan”x9d bu məmur-şairin hətta həmkəndliləri, doğma qohum- qardaşı ilə ünsiyyət çətinliyi yaşaması, AYB Quba bölmə sədri kimi 12 ildə bacarmadığını- “əyalətin çürüməkdə olan ədəbi dağıntıları arasında boy verib əraziyə ziyalı nuru yayaraq ədəbi mühit və səmimi ünsiyyət məktəbi yaratdığı”x9dnı (“Ay işığı-15 il”x9d) iddia etməsi, 3 il öncəki tənqidimdən təsirlənərək özünü doğrultmağa calışsa belə, heç də bölgə ədəbi mühitini birləşdirə, əhatə edə bilməyəcəyini sübut edirdi. Çünki, bu istedadlı bəla Quba bölgəsində özündən üstün və ya özü ilə rəqabətə girmək potensialı olan, özünə yalandan da olsa “himayədarım, ustadım”x9d deməyən (əsasən də türk və tat) yazarların irəli getməsinə, AYB-nə üzv olmasına, respublikada tanınmasına əngəl yaratmış, ən azından yardım etməmişdir. Əgər tanınandırsa, əngəl ola bilmirsə nüfuzundan yararlanmağa çalışmış, öldükdən sonra isə, sağ ikən küsülü olsalar belə dostluğlarından dəm vurmuşdur.
Müasir Azərbaycan ədəbiyyatının qaymaqlarından olan S. Rüstəmxanlı, R.Rövşən və b. kimi şairləri şeirlərində, çıxışlarında hədəfə alan, ələ salan bu özünəvurğun şairi, bildiyim qədərincə, bir elə hörmət bəsləmədiyi, bəyənmədiyi böyük “Mirzə Cəlil, Xəlil Rza və b. ilə ideal, ruh əkizi”x9d saymaq, yumşaq desək, Gülarə xanımın şair, qadın səmimiyətindən, məsuliyətsizliyindən doğan yanlışıdır, aldanışıdır ola bilsin... Sponsorunun kim olduğu bilinməyən (Azərpoçtun MTN işilə bağlı həbs olunan sabiq sədri Q.Bəybalayev olduğu söylənsə də) bir kitabla “Monoqrafiya- düşüncələr”x9d adı altında şeirlərini, şəkillərini tirajlayan “Qubanın əlinə düşmüş yeganə şairi”x9d bildik, bəs kitabın redaktoru, tanınmış filoloq- şair Zakir Məmmədin, kitabı 500 tirajla çap edən “Elm və təhsil”x9d nəşriyyatının direktoru professor N.Məmmədlinin və kitab haqqında, əslində kitabdan bir parça olan mədhiyyəni rəsmi abunə hesabına 1500 tirajla çap olunan “Şəfəq”x9d rayon qəzetində redaktəsiz dərc edən baş redaktor Q. Qasımovun məsuliyyətini kim bölüşəcək görəsən?! Məlum şəxsi tənqidçiləri və şəxsini yaxından tanıması imkansız olan qeyri- qubalılar və şeirlərinə vurulmuş qadınlarla təbliğatını quran bu şair-məmur 3 nəfərlə birgə yalan çuğulluğ edərək Quba Xeyriyyə Cəmiyyətini bağlatdırmaqla (burada qeyd etməyi lazım bilmədiyim səbəblə) Qubanı təmsil etmək haqqını 15 il öncədən itirib əslində... İndi də kitabın “düşüncələr”x9d qisminə sənətkarlığ, cəsarət nümunəsi olaraq salınmış “seçmə”x9d şeir, bənd və “əsrin şah beytləri”x9dndən bir neçə misra misal göstərək: Allah cibinizdə, pir cibinizdə; Çadırdan çadralı kişi boylanır; Şuşanı bazara çıxara bildı... bu millət; Üfunət qoxuyur bu Vətən indi; Basıblar Vətəni yorğan altına; Aşağı, yuxarı qulbeçələrdi; Bu xalq qəbilədən ucuz; Düşüb xəyanətə rişə olanım, Almadan- almaya kişi olanım, kəndim, a kəndim; Hər yan cindi, şeytandı..., Bura Qubadı, qardaş, adamlar şair yeyir... və sair. Allaha, Vətənə, Xalqa, qaçqına, rayonuna, kəndinə (babasının yurdu olan qonşu rayonu cani- dildən tərifləmək, oradan başqa yerləri özünə yamaq, pinə saymaq şərtilə) və s. hörmətsizlik tüğyan edən belə yöndəmsiz misralar onun yaradıcılığında onlarladır. Belə ki, öz xislətindəki eybəcərlikləri, mənəviyatındakı mənfilikləri xalqın xarakterik xüsusiyyəti kimi qələmə vermək, nəzmə çəkmək bu “məsul şəxsin”x9d yaradıcılıq üslubunun əsas istiqamətlərindəndir.xa0
Yeddi il öncə Z.Məmmədin “Haqqın calalı Qusarçaylı ...”x9d kitabına salınmış “... irfani ışıqlar”x9d məqaləsi kimi eyni fikirlərin, eyni misalların müxtəlif məzmunlu təkrarı ilə dolu olan bu kitab dəyərli, cəsarətli fikirlərdən, təhlillərdən xali olmasa da, daha çox, “millətin tarix salnaməsi”x9d saydığı Qusarçaylı yaradıcılığında irad tutulası heç nə tapmayan xanım müəllifə görə- “poeziyası vətənə sədaqət iksiri”x9d olan “bütün zamanların şairi”x9dnin “şərəfin ali obrazı”x9d olduğunu sübut etmək yönündə köklənmişdir. Bəlkə, imam əl-Qəzalinin özünün belə yüksələ bilmədiyi “mənəvi kamilləşmə məqamının 9 mərhələsini bir məmur- şairin tam ixlasla keçdiyini görərək şair qələminə təvəkkül edəcək”x9d dərəcədə “havalanmış”x9d müəllif xanımın həqiqətlərdən uzaq qalmış qulağlarına aşağıdakı misralar sırğa əvəzi olsun barı: “Məmuru müqəddəs sırıyanların Dünyada qoyduğu qara oyundu, Mələk cəhənnəmə sürüyənlərin Qiyamət qopmamış kitabı yandı”x9d. Allah bir adamı ki, əlilləri təhqir edib, adam yerinə qoymayıb, yazdığı şeirlə hallarına acımaq riyakarlığından, “Nə gözəldi yolun, Allah”x9d yazıb, fətullahçı olmadığını göstərmək üçün Ramazanda araq içmək haramkirliyindən qorumadı, nəinki irfan nəsib etmək, ondan ümidini kəsib demək (onun yaradıcılığından “müdafiə- monaqrafiya”x9d yazan “tənqidçilərin”x9d halına isə həqiqətən acımaq gərək). Quba bölgəsinin bu məşhuri -cahan şairi haqda kitab, məqalə yazanların, onunla çörək kəsib, şəkil çəkdirib paylaşanların, (əgər özünün tayı deyillərsə) utanıb xəcalət çəkəcəyi günlər uzaqda deyl. Son olaraq onu da qeyd edək ki, 18 ildi Quba r-n İH aparatında (hansı “xidmətlərinə”x9d görəsə diplomsuz işə götürülüb və 10 il sonra Moskva üniversitetinin flialından qiyabiçi diplomu alıb) müxtəlif vəzifələrdə işləməklə məmurlaşmış olsa da, özünü bölünmüş, torpaqları işğalda olan xalqın, millətin nümayəndəsi, şairi sayan şəxsin camaat arasında “oxlov udmuş”x9d kimi özünü dartıb poza verməsi, yekəxana- yekəxana gəzməsi “Mən ayrı, siz ayrı”x9d mənasına gəlmirmi?!. Yaltaqların, qorxaqların, ikiüzlülərin, laqeydlərin susması, yarınması sayəsində necə gəldi yazaraq, çap etdirərək meydan sulayanlara, iqtidara girib quduraraq özünü “ədalət cəngavəri”x9d, başqasını “erməni törəməsi”x9d kimi qələmə verənlərə bir dur deyən, yerini göstərən tapılacağmı?!xa0

Cabir Alpoğlu Albantürk (şair -publisist)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 4 BÜRC üçün maliyyə baxımından uğurlu dövr başlayır

Bu 4 BÜRC üçün maliyyə baxımından uğurlu dövr başlayır

Qonşunu çəkən kamera başınıza iş aça bilər - Vəkildən xəbərdarlıq

Qonşunu çəkən kamera başınıza iş aça bilər - Vəkildən xəbərdarlıq

Ayan qızı ilə istirahətdə - FOTO

Ayan qızı ilə istirahətdə - FOTO

Tıxaclar iqtisadiyyata nə qədər zərər vurur? – Açıqlama

Tıxaclar iqtisadiyyata nə qədər zərər vurur? – Açıqlama

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

Nazirlik işə qəbul ELAN EDİR

Nazirlik işə qəbul ELAN EDİR

Roza Zərgərli qızı ilə — FOTO

Roza Zərgərli qızı ilə — FOTO

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

End of content

No more pages to load

RADİO