Amerikalı aktrisa və komediyaçı, "Emmi", "Oskar", "Qızıl Qlobus" və BAFTA mükafatlarının sahibi Kloris Liçmen həyatının 95-ci ilində ABŞ-da dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı aktrisanın meneceri təsdiqləyib.
"Kloris Liçmen 27 yanvar 2021-ci ildə Kaliforniyanın Ensinitas şəhərində yaşadığı evdə vəfat edib. Ölüm təbii səbəblərdən baş verib", deyə menecer bildirib.
Bizim.Media

