ABŞ Prezidenti Co Bayden adminstrasiyası bir neçə ölkəyə silah satışını dayandırıb.
Bizim.Media xəbər verir ki, bu ölkələr arasında Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da var.
Siyahıya hansı silahların daxil edildiyi tam bəlli olmasa da, BƏƏ-yə satılan “F35” döyüş qırıcı təyyarələrinin satışının dayandırıldığı bildirilir.
Qeyd edək ki, Tramp vəzifədən getməyinə az qalmış BƏƏ-yə “F35”lərin ixracına icazə vermişdi.
ABŞ Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, ixraca qoyulan qadağanın məqsədi Baydenin silah satışını gözdən keçirməsidir. O bu qadağanın müvəqqəti xarakter daşıdığını da vurğulayıb.
Vüqar Ağamalıoğlu, Bizim.Media