ABŞ Ukraynaya yeni hərbi texnika və sursat göndərəcək.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 725 milyon dollarlıq hərbi yardım paketində “Humvee” zirehli döyüş maşınları olacaq.
Bundan əlavə bildirilib ki, yardım paketində modern silah sistemləri və hərbi hava hücumundan müdafiə qurğuları olmayacaq.
Qeyd edək ki, ABŞ Rusiya-Ukrayna müharibəsi çərçivəsində indiyə qədər Kiyevə 16,8 milyard dollar dəyərində yardım edib.
Bizim.Media