Livanın paytaxtı Beyrutdan 90 km uzaqlıqda yerləşən Tripoli şəhərində pandemiya məhdudiyyətlərinə qarşı keçirilən kütləvi etiraz aksiyaları nəticəsində 200-dən çox insan xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Al-Vataniya agentliyi Livan Qırmızı Xaç Cəmiyyətinin Tripolidəki nümayəndəsinə istinadən yayıb.
"Son məlumatlara görə, polislə toqquşmalar zamanı xəsarət alan nümayişçilərin sayı 226 nəfərə çatıb, onlardan 35-i hospitala gətirilib", - deyə məlumatda bildirilib.
Daha əvvəl deyilib ki, rəsmi Beyrut etirazları yatırtmaq üçün ordudan istifadə etmək qərarına gəlib.
Bizim.Media