Bizə qarşı sanksiyalar hazırlanır: Öz səsinlə Azərbaycanı qoru! 

Bir qrup sıravi azərbaycanlı fransızların ölkəmizə qarşı sanksiyalar tətbiq etmək təşəbbüsü ilə bağlı cəmiyyətə açıq şəkildə səslənib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Mesopinions.com Fransa petisiya saytında Fransa Senatına və xalqına müraciət yerləşdirib. 

Onların petisiyasında qeyd edilir:  

"Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini təqdim etməyən sadə vətəndaşlar daha öncə heç bir zaman kollektiv şəkildə Fransanın parlament orqanlarına və xalqına müraciət etməyiblər. Bunu etməyə bizi 3 oktyabr 2022-ci il tarixində Senatın altı üzvü tərəfindən irəli sürülən qətnamə layihəsi sövq etdi, həmin qətnamənin nəzərdən keçirilməsi 15 noyabr tarixinə təyin edilib". 

Fransa Senatının qətnamə layihəsinin müəllifləri növbəti ittihamları və tələbləri irəli sürüblər: 

• Azərbaycan "çoxsaylı təcavüzkar hərəkətlərdə" ittiham edilir; 

• Azərbaycandan Laçın dəhlizindən çıxmaq tələb edilir; 

• Azərbaycan "irqçilikdə" ittiham edilir; 

• Azərbaycan ermənilərin Qarabağa geri qayıtmaq "haqqının" təmin edilməsinə çağırılır; 

• Azərbaycan Qarabağdakı "erməni mədəni və dini irsinin" qorunub-saxlanılmasına çağırılır; 

• Fransa hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsində "kütləvi cinayətlər və hərbi cinayətlər" törədilməsinə dair ölkəmizi ittiham edir və istintaqın başladılmasına çağırış edir; 

• Fransa hakimiyyəti "Azərbaycandan idxal edilən qaz və neftin embarqo edilməsinin" Avropa İttifaqı miqyasında başladılmasına çağırış edir; 

• Fransa hakimiyyəti Qarabağdakı Azərbaycan ərazilərində özünün "humanitar bürosunu" yaratmağa çağırılır;

• Fransa hakimiyyəti Ermənistanın hərbi potensialının möhkəmlənməsinə çağırılır.

Buna cavab olaraq, bir qrup azərbaycanlı Fransa Senatına və xalqına olan petisiyasında aşağıdakı ittihamları və tələbləri səsləndirib:

• Senatın qətnamə layihəsinin müəllifləri sadəcə erməniləri dəstəkləyirlər, azərbaycanlıları kəskin şəkildə qınayır və diskriminasiya edirlər: bu, irqçiliyin nümayişidir!

• Fransa Senatı 30 ildir ki, 1.000.000-dan çox azərbaycanlı qaçqının geri qayıtmaq hüququ haqqında susurdu, indi isə ermənilərin Qarabağa qayıtmasına çalışır;

• Fransa Senatı 30 il ərzində Azərbaycanın işğal olunmuş torpaqlarında məscidlərin, tarixi-memarlıq abidələrinin dağıdılmasının fərqinə varmırdı, indi isə erməni mədəni-tarixi irsinin qorunub-saxlanmasını tələb edir;

• Senatın qətnamə layihəsinin müəllifləri öz siyasi reytinqlərini artırmaq üçün Fransadakı erməni diasporunun nifrətindən istifadə etməyə çalışırlar;

• Fransa Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli mövqeyindən əl çəkməli və daha balanslaşdırılmış mövqe almalıdır;

• Fransa Senatı danışıqlar prosesinə şans verməyə, Azərbaycana qarşı ittihamlar və sanksiyalarla vəziyyəti gərginləşdirməməyə çağırılır;

• Fransa Senatına izah edilir ki, Azərbaycana qarşı təhdidlər sülhə nail olmaq üçün töhfə vermir.

• Bir qrup azərbaycanlının Fransa Senatına və xalqına müraciətinin tam mətni (Azərbaycan dilinə tərcümə)

• Bir qrup azərbaycanlının Fransa Senatına və xalqına müraciətinin tam mətni (Rus dilinə tərcümə)

İnsanoid redaksiyası bir qrup azərbaycanlının Fransa Senatına qarşı irəli sürdüyü ittihamları və tələbləri tam şəkildə dəstəkləyir.

• Biz, 30 illik rüsvayçılıq və işğala laqeyd olmayan hər kəsə, şəhidlərimizi və Gəncədə həlak olmuş uşaqları unutmayan hər kəsə, "Xocalı soyqırımı"nın məna kəsb etdiyi hər kəsə, özünü azərbaycanlı hesab edən hər kəsə səslənirik! Gəlin hamımız Senata və Fransa xalqına yönəlmiş bu petisiyaya dəstək olaq! 

• Xüsusilə də, Avropaya ixrac edilən neft və qaza embarqo tətbiq edilməyi hər birimizə zərbə vuracaq - dövlət büdcəsinin, demək olar ki, yarısı enerji resurslarının satışından əldə olunan vəsaitlərlə formalaşır. 

• Biz milyonlarıq! Fransanın və bütün Avropanın, nəhayət, səsimizi eşitməsinin vaxtı gəldi! 

• PETİSİYANIN İMZALANMASI QAYDASI

• Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.

• Petisiyaya qoşulmaq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:

• //www.mesopinions.com/.../appel-nom-peuple.../189012

• #BizAzərbaycanıq #AzərbaycanıQoruyaq

• Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz - qüvvəyik!

• Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

• #BizAzərbaycanıq #AzərbaycanıQoruyaq

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

End of content

No more pages to load

RADİO