“Belqorod şəhəri Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub”.
Bizim.Media xəbər verir ki, bu barədə şəhər qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Onun sözlərinə görə, şəhərdə hava hücumundan müdafiə sistemi işləyir. Həmçinin şəhərin Qubkin küçəsindəki yaşayış binasında dağıntı olub:
“Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Şəhərin meri Anton İvanov və bütün əməliyyat xidmətləri yerindədir”.
Bizim.Media