Rusiya İŞİD-ə qarşı mübarizədə səmimidirmi?

Bu günlərdə Kreml bütün dünyada ciddi müzakirə və narahatlığa səbəb olan maraqlı açıqlama ilə çıxış edib. Rəsmi Moskva bəyan edib ki, əgər Suriya hökuməti İŞİD-ə qarşı mübarizədə Rusiyadan hərbi dəstək istəyərsə, Rusiya bu təklifi dəyələndirə, terror təşkilatına qarşı əməliyyatlarda iştirak edə bilər.

Rusiyanın məlum bəyanatı ilk baxışdan nə qədər cəzbedici görünsə də, ABŞ kimi super dövlətin belə bilavasitə qarşılaşmaqdan çəkindiyi İŞİD kimi beynəlxalq terror təşkilatına qarşı mübarizəyə Kremlin maraq göstərməsi  ictimai rəydə birmənalı qarşılanmayıb. Belə ki, bəzi politoloqlar hesab edir ki, bu günə qədər Əsəd rejimini qoruyub saxlamaq üçün Suriyaya hər cür hərbi dəstək gösdərən Rusiya, terror təşkilatını zərərsoizləşdirmək üçün deyil, vəziyyətə birmənalı şəkildə nəzarəti təmin etmək, Rusiyanın Suriya ilə bağlı maraqlarını qorumaq, Qərbin bu bölgədə möhkəmlənməsini önləmək üçün hərbi əməliyyatlarda yer almaq niyyətindədir. Ekspertlərin fikrincə, Rusiyanın İŞİD-ə qarşı hərbi əməliyyatlara start verməsi terror təşkilatını ağır itkilərlə üz-üzə qoysa da, regionda vəziyyətin daha da gərginləşməsinə, Rusiya-Qərb ziddiyyətlərinin kəskinləşməsinə səbəb olacaq.

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı “Hürriyyət”x9də açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Rusiyanın Suriyada bilavasitə hərbi əməliyyatlarda iştirak etmək niyyətinin qəti olduğunu bildirib. Ekspertin sözlərinə görə, eyni məzmunlu açıqlamaların Suriya yetkililəri tərəfindən də verilməsi, artıq bununla bağlı tərəflər arasında razılıq əldə edildiyini düşünməyə əsas verir:

 “Oxşar bəyanatla Suriyanın xarici işlər naziri də çıxış edib. Əgər bu bəyanatları və atılan addımları nəzərə alsaq, böyük ehtimalla söyləyə bilərik ki, bununla bağlı Rusiya, Suriya və İran arasında prinsipial razılıq mövcuddur. Rusiya Suriyaya yalnız hərbi-texniki dəstək verməklə kifayətlənmir, eyni zamanda ordakı dəniz bazasını və yeni formalaşdırdığı hərbi hava bazasını qorumağa çalışır. Rusiya İŞİD-ə qarşı mübarizə adı ilə Suriyada yaranmış vəziyyətə artıq faktiki olaraq müdaxilə etməyə başlayıb. Bu da ona Suriyanın bu günü və gələcəyi ilə bağlı söz haqqı vermiş olur”x9d.

S.Əkbərin fikrincə, Rusiya hərbi müdaxilə vasitəsi ilə bir neçə hədəfə nail olmaq istəyir ki, bunlardan da biri Əsəd hökuməti qorumaq, onun nəzarəti altındakı ərazilərin itirilməsinə imkan verməməkdir:

“Suriyaya müdaxilə etməkdə rəsmi Moskvanın bir neçə məqsədi var. Rusiya birinci mərhələdə Əsəd hökumətini mümkün qədər qorumağa çalışacaq. Hansı ki, Əsəd hökuməti bu gün Suriyanın yalnız 25%-nə nəzarət edir. Rusiya çalışacaq ki, heç olmasa bu 25%-lik ərazini öz nəzarətində saxlaya bilsin. ABŞ və onun müttəfiqlərinin Suriya ərazisində mümkün qədər çox vaxt və enerji itirməsinə nail olmaq da Rusiyanın əsas məqsədlərindən biri olacaq. Rusiya çalışacaq ki, dünyanın diqqəti post sovet məkanından Yaxın Şərqə doğru yönəlsin. Yəni ilk məqsəd Əsədi qorumaqdan ibarət olacaq”x9d.

Politoloqun bildirdiyinə görə, Rusiya öz məqsədinə nail olmaq üçün alternativ planlara sahibdir: “Əgər Rusiya görsə ki, Suriyada Əsəd hakimiyyətini qorumaq mümkün deyil, o zaman ikinci variantın tətbiqinə çalışacaq. Çalışacaq ki, Aralıq dənizi sahilində ərazi dövləti qurmağa nail olsun. Bu, Rusiyaya öz maraqlarını qoruması üçün gərəklidir. Rusiya Suriyada ruspərəst hakimiyyətin mövcudluğunda, o cümlədən yaxın Şərqdə rus hərbi bazalarının formalaşmasında maraqlıdır. Əgər görsələr ki, Əsədi saxlamaq mümkün deyil, o zaman danışıqlar prosesində iştirak etməyə çalışacaqlar. Rusiya həm Qərb, həm də Suriya müxalifəti ilə danışıqlarda öz maraqlarını qorumağa cəhd edəcək. Çalışacaq ki, keçid hökumətinin formalaşdırılması prosesində yaxından iştirak etsin.

Bir sözlə, Rusiyanın əas məqsədi Aralıq dənizində öz maraqlarını qoruyub saxlaması və geostrateji qarşıdurmanın post-sovet məkanından uzaqlaşdırmaqdır. Çox güman ki, Rusiya bu niyyətinə çatmaq üçün bütün mümkün vasitələrdən yararlanmağa çalışacaq”x9d.

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

End of content

No more pages to load

RADİO