"Türkiyədə təzyiqin yüksəlməsi yalnız bir məqsədə xidmət edir. Ölkədə sabitliyin davamı üçün 1 noyabr seçkilərinə qədər seçicilərin HDP-yə səs verməsinin qarşısını almaq lazımdır".
Axar.az xəbər verir ki, bu açıqlama ilə Daşnaksütyun Partiyasının nümayəndəsi Kiro Manoyan çıxış edib.
Manoyan Türkiyədə Ərdoğan və Davudoğlunun xalqı bir partiyaya səsverməyə dəvət etməli olduqlarını bildirib.
Türkiyədə vəziyyətin daha da pisləşə biləcəyindən danışan Manoyan Ərdoğanın konstitusiyada dəyişikliklər etməklə bütün məsuliyyəti öz boynuna götürdüyünü bildirib.
Manoyan qeyd edib ki, ermənilər üçün Türkiyədə ciddi təhlükə yoxdur. Buna görə də Ermənistan Türkiyədəki vəziyyətdən regional təhlükəsizlik baxımından dərslər çıxarmalı, bu vəziyyətin Azərbaycan siyasəti üzərində təsiri ola bilər.