Keçmiş futbol ulduzu Devid Bekhem Britaniya kraliçası II Elizabet ilə vidalaşmaq üçün 12 saatdan artıq növbədə gözləyib.
Bizim.Media “Guardian”a istinadən xəbər verir ki, kraliçanı ziyarət etməyə gələn ulduz futbolçu gecə saatlarında növbədə öz yerini alıb və sadə vətəndaşlarla birlikdə gözləməyə başlayıb.
Növbəsi çatdıqda isə Bekhem kraliçanın tabutu yanında dayanaraq onunla vidalaşıb.
Daha sonra jurnalistlərə açıqlama verən Bekhemin sözlərinə görə, o, krallıq tərəfdarı olan ailədə böyüyüb və ona Britaniya imperiyasının ordeninin verilməsi həyatında ən xüsusi an olub.
Xatırladaq ki, kraliça II Elizabetin cənazəsi sentyabrın 14-dən etibarən Londonda Vestminster sarayındadır.
Bizim.Media