Londonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyinin binasının qarşısına toplanaraq “Vətənə Dayaq Olaq” adlı dinc aksiya keçiriblər.
Bizim.Media xəbər verir ki, aksiyada Britaniya Azərbaycan Cəmiyyəti, Britaniya Azərbaycanlıları Assosiasiyası təşkilatının üzvləri, Londonda yaşayan azərbaycanlı tələbələr və digərləri iştirak ediblər.
Aksiya zamanı Azərbaycan mədəni irsinin dağıdılması, ölkəmizin ərazilərində basdırılmış minalar, itkin düşmüş azərbaycanlılarla bağlı lövhələr tutulub.
Etiraz edən soydaşlarımız Azərbaycanın sülh istədiyinə diqqət çəkiblər.
Bizim.Media