Çində faciəvi hadisə qeydə alınıb.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, Hunan əyalətinin Çangşa şəhərində yerləşən Çinin ən böyük telekommunikasiya operatoru "China Telecom"un binasında yanğın baş verib.
Hadisə yerindən çəkilmiş videogörüntülərə əsasən, yanğın binanın onlarla mərtəbəsini bürüyüb. Hündürlüyü 200 metrdən çox olan 42 mərtəbəli bina 20 dəqiqə içində tamamilə yararsız hala düşüb. Məlumata görə, binada 35 ton server yanacağı saxlanılıb.
Yanğın artıq söndürülüb, lakin ölən və yaralananların sayı hələlik məlum deyil. İlkin ehtimallara görə, qurbanların sayı 100-ü keçə bilər.
Bizim.Media