Sentyabrın 13-də Ukrayna ordusu Kopyansk vilayətində ilk dəfə olaraq İran istehsalı olan kamikadze dronunu aşkar edərək vurduğunu iddia edib.
Bizim.Media xəbər verir ki, bu barədə xəbəri Ukrayna Ordusunun hərbi rəsmisi və Strateji Kommunikasiyalar İdarəsinin saytı yayıb.
“Associated Press” xəbər ajansının məlumatına görə, üçbucaq formalı və İranın “Şahid” hərbi insansız uçağına bənzəyən bu dronun şəkilləri də dərc edilib.
Moskva və Tehran hələlik bu xəbəri nə təsdiq, nə də təkzib ediblər.
Bizim.Media



