Ötən sutka ərzində Ukrayna ordusu daha 400 rus hərbçisini məhv edib.
Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə informasiya Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində yer alıb.
Mənbə yazır ki, Rusiya qoşunları son sutka ərzində ən böyük itkiləri Xarkov və Donetsk istiqamətlərində verib.
Ümumilikdə, Ukraynada müharibə başlayandan bəri Rusiyanın itkiləri 52 650 əsgər təşkil edib.
Bizim.Media