Ukrayna silahlı qüvvələri son 10 gündə 2000 kvadrat kilometrdən çox ərazini azad edib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Qoşunlarımız cəbhənin müxtəlif istqamətlərində irəliləyir. Sentyabrın ilk günlərindən 2000 kvadrat kilometrdən çox ərazi azad edilib”, - deyə dövlət başçısı qeyd edib.
V.Zelenski uğurlu hərbi əməliyyatlarla bağlı Ukrayna hərbçilərinə təşəkkür edib.
Bizim.Media